"Fuad müəllim gələndə sevindik ki, iməciliklər yığışdırılacaq, əksinə oldu"
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin tapşırığı ilə yenidən kütləvi iməciliklərin başladığı deyilir. İddiaya görə, yeni rəhbərliyin tapşırığı ilə, hər şənbə və bazar günləri iməcliliyə çıxmaqdan imtina edən büdcə təşkilatı işçilərinin dərhal işdən çıxarılması barədə tapşırıq verilib.
Bu haqda “Gündəlik Naxçıvan”a həmin təşkilatlarda çalışanlar məlumat veriblər.
Kəngərlidən olan bir qrup büdcə təşkilatı əməkdaşı bildirir ki, rayonun icra başçısı Kamal Ələkbərov iməciliklərin yenidən başladığını elan edib:
“Fuad müəllim gələndə sevindik ki, iməciliklər yığışdırılacaq, əksinə oldu. Onun tapşırığı ilə iməciliklər yenidən başlayıb. Bu dəfə bütün rayonların icra hakimiyyətlərinə qəti tapşırıq verilib ki, hamı bir nəfər kimi iməciliklərə çıxmalıdır. İcra başçısı Kamal müəllim bizi boğaza yığıb. Bütün müəssisə rəhbərlərini, direktorları bir yerə toplayıb, hədələyib ki, yuxarıdan tapşırıq var, bu dəfə heç kim bağışlanmayacaq. Onlar da bizi məcbur edirlər. Əvvəllər belə sərt deyildi. Qara günlərimiz yenidən başladı”.
Babək rayonundakı bütcə təşkilatı işçiləri də iməcilik qaydalarının sərtləşdirilməsindən şikayət edirlər:
“Uzun illərdir ki, istirahər və əmək hüquqlarımız pozulur. Hər il aprel ayından noyabra kimi şənbə və bazar günləri məcburi iməciliyə çıxarılırıq. Bu il daha betər başlayıblar. Rayonun icra başçısı Rasim Hüseynovun qəti tapşırığı ilə hər kəs bir nəfər kimi iməciliyə çıxarılır. Müəllim, həkim bilmədən yol təmizlədib, küçə süpürtdürürlər. Əvvəl bir az yumşaq idi qaydalar. İndi icra hakimi özü gəlib, başımızın üstə dayanır. İmtina edəni dərhal işdən azad edirlər”.
Muxtar Respublikada fəaliyyət göstərən bütcə təşkilatı işçilərindən bir neçəsi Yeniavaz.com-a iməciliklərin davam etdiyini təsdiqləyiblər.
Paylaş:
Müəllif : Fuad
Tarix:24-04-2023, 12:17
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər