reklam
Regionxeberlericom.az » Gündəm » 1-ci qrup əlil olan Göyçay sakini sifarişli məhkəmə qərarına etiraz edir-ŞİKAYƏT

reklam

1-ci qrup əlil olan Göyçay sakini sifarişli məhkəmə qərarına etiraz edir-ŞİKAYƏT


















Göyçay rayonu 1-ci Ərəbcəbirli kənd sakini,  birinci qrup hərbi əlil ictimai fəal Məhəmmədəli Azər oğlu Səmədov tərəfindən ölkə rəhbərliyinə, Məhkəmə-hüquq Şurasına və aidiyyəti orqanlara ünvanlanan müraciətdə deyilir:

 Yazaraq bildirmək istəyirəm ki, Göyçay Rayon Məhkəməsinin hakimi Elçin Qurbanov Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarımızı, ədalət prinsipini heçə sayaraq, heç bir mötəbər və əsaslı sübutlara dayanmadan ədalətsiz qərarlar verməkdədir. "Məhkəmələr və Hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə əsasən, "Ədalət mühakiməsi hakimlərin müstəqilliyi təmin edilməklə, heç bir məhdudiyyət qoyulmadan, faktlara əsasən, qərəzsiz, ədalətlə və qanunlara müvafiq həyata keçirilir" Lakin, adı çəkilən hakim mənə qarşı qeyri-qanuni hökm çıxarmaqla həddi aşmışdır. Belə ki, mən ictimai fəal olaraq Göyçay Rayon Mənzil İstismar Sahəsinin (Göyçay "Şəhər Təsərrüfatı Birliyi"nin Mənzil Sahəsi) keçmiş rəisi Ayaz Məmmədəli oğlu Səfərəliyev haqqında ölkə başçısı cənab İlham Əliyevə, Baş Prokurorluğa, Dövlət Təhlükəsizliyi Xidmətinə, Göyçay Rayon Prokurorluğuna və aidiyyəti orqanlara yazılı ərizələrlə müraciət etmişdim. Müraciətə əsasən, sözü gedən şəxsin həmin idarədə çalışdığı müddət ərzində olan fəaliyyətinin araşdırılmasını istəmişdim. Hətta şikayətin daha ətraflı və ciddi araşdırılması məqsədilə 10 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevin Kürdəmir rayonundakı vətəndaş qəbulunda da iştirak etmişdim. Beləliklə Göyçay Rayon Prokurorluğundan işin Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırıldığına dair cavab məktubu almışdım. Ancaq, Ayaz Məmmədəli oğlu Səfərəliyev rayonumuzdakı məmur böyüklərinin razılığını (dobro) əldə edib, öz aləmində məni susdurmaq xülyalarına düşdü. Onun mənə qarşı "şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi" tələbinə dair mülki qaydada Göyçay Rayon Məhkəməsinə verdiyi iddiasında 28.03.2023-cü il tarixdə "vəkil" Mətanət Həsənova iştirak edirdi. İddiaçı 5000 (beş min) manat sabit pul məbləğində təzminat və mənim "Facebook" sosial şəbəkəsində açdığım profil və qruplarda təkzib yazmağımı tələb edirdi. Bu minvalla ikinci məhkəmə 17.04.2023-cü il tarixdə, saat 10:30-da keçirildi. Ayaz Səfərəliyev tərəfdən məhkəmə zalında iştirak edən "vəkil" Mətanət Həsənova əsaslı faktlarla gəlməmişdi. Sadəcə A4 kağızı üzərində PDF formatlı hansısa məqaləni sübut kimi təqdim etdi. Hakim Elçin Qurbanov da öz növbəsində qeyri-əsaslı şəkildə həmin sübutları qəbul edərək iddianın qismən təmin edilməsinə dair qərar verdi. Hakim "iddia qismən təmin olunsun, cavabdeh Məhəmmədəli Azər oğlu Səmədovdan 300 (üç yüz) manat sabit pul məbləğində təzminat tutularaq iddiaçı Ayaz Məmmədəli oğlu Səfərəliyevə verilsin və Məhəmmədəli Azər oğlu Səmədovun "Facebook" sosial şəbəkəsində açdığı profil və qruplarda təkzib paylaşılsın", - bildirdi.












Cənab Prezident! Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsində bildirildirilən "Bərabərlik hüququ"nun bərpa edilməsi üçün Sizə müraciət edirəm. Çünki həmin Qanunun 8-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Prezidenti məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısıdır. 

 Sizdən çox xahiş edirik, Göyçay Rayon Məhkəməsinin hakimi Elçin Qurbanovun çıxardığı ədalətsiz qərardan veriləcəyim apellyasiya şikayəti təmin edilərək qərarın ləğv edilməsi dair qanun qəbul edilsin, sifarişli qərar qəbul edən hakim Elçin Qurbanov isə cəzalandırılsın. Ona görə ki, mən ictimai fəal olaraq Azərbaycan Respublikasının Konstitusiyasının 57-ci maddəsini (Müraciət etmək hüququ) və Sizin "Məmur özbaşınalığı ilə bağlı hər bir siqnal araşdırılacaq", - sözünüzü rəhbər tutaraq haqq mübarizəyə başlamışam. Lakin, mənim ictimai nəzarət prinsipini həyata keçirən fəaliyyətim rayonumuzda çalışan və özbaşınalıqlar edən bəzi "məmur"ları narahat edir. Əminəm ki, Siz əsla imkan verməzsiniz məmur özbaşınalığından xəbər verən ictimai fəal sifarişli şəkildə susdurulsun.





Paylaş:


Müəllif : Tarix:
26-04-2023, 09:22
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər