reklam
Regionxeberlericom.az » Gündəm » “Vaqner”ə qarşı hücum planı hazırlanır - KİV

reklam

“Vaqner”ə qarşı hücum planı hazırlanır - KİV














Pentaqondan sızdırılmış məxfi sənədlərə görə, Rusiyanın muzdlu şirkəti “Vaqner”in Afrikada daha koordinasiyalı və effektiv fəaliyyəti ABŞ-ı “Qara qitə”də zəiflədir.

Bu barədə xarici KİV-lər yazıb.

Məlumata görə, ABŞ ordusu və kəşfiyyatı “Vaqner”in nüfuzunu artırdığı ölkələrdə onu zəiflətməyin yollarını axtarır.

Sızdırılmış sənədlərdən aydın olur ki, “Vaqner”in bazalarını vurmaq, ona qarşı sanksiyalar tətbiq etmək və ya kiber-əməliyyatlar üçün ABŞ müttəfiq qüvvələrlə koordinasiyalı şəkildə planlar hazırlayır.

Sənədlərdə qeyd edilir ki, Afrikadakı müttəfiq dövlətlər Ukraynada “Vaqner” komandirlərinin vurulması üçün kəşfiyyat məlumatlarının bölüşdürülməsi kimi işlərə Afrikada da başlamaq niyyətindədirlər.

İddiaya görə, bundan sonra “Vaqner”in sahibi Yevgeni Priqojin yəqin ki, bir çox ölkədə şəbəkəsini gücləndirəcək.

Eyni zamanda diqqətə çatdırılır ki, “Vaqner”in Afrikada fəaliyyət göstərdiyi 13 ölkədən 8-də strateji yeri mövcuddur və burada sabitliyi poza bilər.

ABŞ Baş Qərargah rəisi general Mark Milley və onun baş məsləhətçilərinin “Vaqner”lə bağlı hazırladıqları araşdırmada qeyd edilir ki, Priqojin Burkina Faso, Eritreya, Qvineya, Mali və digər ölkələrdə ABŞ və Fransanın təsirinə qarşı planlar hazırlayıb, hətta “Vaqner” birbaşa çevrilişə cəhd edib. Çevrilişlə bağlı daha çox Çad-ın adı çəkilir. Digər tərəfdən, Fransa müttəfiqi olduğu Çad rəhbərliyinə qarşı çevrilişdə “Vaqner”i vurmağa hazırdır.

Başqa bir sənəddə “Vaqner”in Mərkəzi Afrika Respublikası, Liviya və Sudanda təbii sərvətlər çıxardığı, qitənin Rusiya silahları və nüvə enerjisi texnologiyaları bazarına çevrdiyi də diqqətə çatdırılır.

Onu da qeyd edək ki, aprel ayının ortalarında ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin gerbi olan məfi sənədlər sosial şəbəkələrə sızdırılıb. Bu sənədlərdə mühüm məsələlər, o cümlədən Ukrayna-Rusiya müharibəsi, Rusiya, İsrail, və digər ölkələrlə bağlı kəşfiyyat məlumatları var.

Reyting.az





Paylaş:


Müəllif : Tarix:
26-04-2023, 11:53
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər