Ağdaş sakini HAQQINI ARAYIR... - GİLEY
Ağdaş rayon sakini Əhmədov Emin Yaşar oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi deyir ki, qızı Əhmədzadə Ülviyyə Emin qızının əlillik təqaüdü qeyri-qanuni olaraq kəsilib:
“Mən, Əhmədov Emin Yaşar oğlu, yazaraq sizdən xahiş edirəm, 12 yaşlı qızım Əhmədova Ülviyyə Emin qızının əliliyinin bərpasına köməklik edəsiniz. 12 yaşlı övladımda budun anadangəlmə ikitərəfli çıxığı, inkişaf etaplarının gərilməsi, fiziki zəiflik, dərialtı toxumaların zəif inkişafı, anemikdir, zəifdir, tez yorulur, daimi ağrıları var, çəkidən də geri qalır. Ağırlaşmış skolioz xəstəsidir. Dəfələrlə komissiyadan keçməsinə baxmaraq imtina cavabı gəlmişdir. İmtinaya səbəb kimi göstərilir ki, həkim “Forma 88”-də xəstəlik haqqında açıqlama verməyib. Və natamam doldurulma ilə tibbi müəsisəyə geri qaytarılmışdır. Mən “Forma 88”-ə baxdıqda və həkimə müraciət etdikdə, tam açıqlama verildiyini gördüm.
Bakıda Əlillərin Bərpa Mərkəzinə getdikdə isə əyani baxış keçirmədilər. Məndən rentgen görüntüsünü istədilər. Dedilər ki, rentgen olmasa övladınıza əyani baxış keçirə bilməyəcəyik. Getdim Tramatologiya İnistitutuna, orada mənə bildirdilər ki, rentgeni verə bilmərik, biz rentgene baxıb epikiriz veririk. Yenidən Əlillərin Bərpa Mərkəzinə üz tutdum. Onlar da mütləq rentgen istəyirlər. Yenidən getdim Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə, oradan isə Tibbi Sosial Ekspert Komissiyasına göndərdilər ki, orada Tural adlı şəxs sənə kömək edəcək. Orada Anar Bayramovun qəbuluna yazıldım. Bildirdim ki, 4 ay qabaq da qəbula yazılmışdım, amma qəbul olmayıb. Nazirin qəbuluna girmək istədim, “olmaz, birinci Anar müəllimin qəbulunda olmalısan” dedilər. Bir sözlə, aylardır gözləyirəm. Övladım 40 yaşından tez əməliyyat edilə bilməz. Xahiş edirəm, mənim övladımın bu problemini işıqlandırasınız”.
Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi ilə əlaqə saxladıq. Nazirlikdən bildirildi ki, məsələ araşdırılıb, cavab veriləcək…
Paylaş:
Müəllif : Fuad
Tarix:27-04-2023, 08:41
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər