reklam
Regionxeberlericom.az » Gündəm » Deputatın otelində dəhşətli anlar - Müştərini canlı ilan və ölü siçan qarşıladı (FOTOLAR)

reklam

Deputatın otelində dəhşətli anlar - Müştərini canlı ilan və ölü siçan qarşıladı (FOTOLAR)


Azərbaycanlı ailə Lerikdə yerləşən “Relax” istirahət mərkəzində təhlükəli anlara şahidlik edib.
 
Sosial şəbəkələrdə yayılan məlumatlarda istirahət mərkəzində VIP kotecə gələn ailə yapışqanlı kağızın üzərində ilan və siçan olduğunu görüb. Xoşbəxtlikdən ilan yapışqanın üzərində qaldığından sürünə bilməyib. Dəhşətli mənzərədən qorxuya düşən ailə öz haqlı narazılığını və şikayətini  istirahət mərkəzində məsuliyyət daşıyan şəxslərə bildirsə də, onların müraciətlərinə laqeyd yanaşılıb. Aytən Əliyeva adlı müştərinin paylaşımını olduğu kimi təqdim edirik:
 
"Salam hər kəsə.Melumat və təhlükə xarakterli bu postu paylasmagi borc bildim özümə.Sekilde yapışqanlı kağıza yapışmış  bəlkə də bir həftəlik ölü siçan və canlı ilan əks olunub.2 gecəlik Lerikdə Relax istirahət mərkəzində qonaq olduq Vip duplex kotecde.Geldiyimiz gündən otaqda qoxu olduğunu hiss etdik,ancaq əhəmiyyət vermədik,düşündük ki bəlkə nəsə tökülüb əşyaların üstünə.Dunen axşam otağa gəldikdə  belə bir mənzərənin şahidi olduq.Kagiz yapışqanlı olduğu üçün ilan hərəkətə edə bilmemisdi,ne yaxşı ki.Bugun rəhbərliyə bildirdiyimiz etirazın qarşılığında da telefon zəngi ilə burda olmadığını qeyd etdi,vəssalam.Bu da baxılan müştəri şikayəti.Usaqla gəldiyin istirahətdə belə təhlükəli vəziyyətlə özləri rastlasmis olsaydı,hansı reaksiyanı verərdilər maraqlıdır.Vip adı ilə insanlara təqdim etdikləri keyfiyyəti hər kəsin paylaşmağıni xahiş edirəm".
 
Qeyd edək ki, "Relax" istirahət mərkəzi deputat İqbal Məmmədova məxsusdur. O, məhz Lerik seçki dairəsindən deputat seçilib.(demokratik.az)
 
 





Paylaş:


Müəllif : Tarix:
17-08-2019, 00:15
Sikayət   


loading...
Загрузка...