reklam
Regionxeberlericom.az » Gündəm » Yaqub Məmmədov döyüşən orduya təcili tibbi yardıma gedən işçilərinə xəyanət edirmiş?

reklam

Yaqub Məmmədov döyüşən orduya təcili tibbi yardıma gedən işçilərinə xəyanət edirmiş?






















Cəmiyyətimizin həm Birinci, həm də İkinci Qarabağ müharibəsində dastan yazmış zümrələrinin sırasında təbii ki, həkimlərimiz, təcili yardım işçiləri də vardır. Onlar yaralı döyüşçülərimizə ilkin tibbi yardım göstərir, döyüş meydanından çıxararaq hospitallara, tibb müəssisələrinə çatdırırdılar. Həyatrlarını itirənlər də az olmamışdı. Vətən müharibəsi zamanı iki ay yaralı daşıyan, Təcili Tibbi Yardım Stansiyasında 15 il sürücü işləmiş, 2022-ci il noyabrın 22-də itkin düşmüş, sonradan şəhid oilduğu müəyyənləşmiş Fəxrəddin Yaqubovun şərəfli xidmət yolu buna əyani misaldır.

Adətən, işçilər 10 günlük ezam olunurdular və qayıdırdılar. Təəssüf hissi ilə qeyd edirik ki, ezamiyyətdə olan ekipaj üzvlərinin məvaciblərinin gecikdirilməsi ilə bağlı məlumatlar vardır. Ən acınacaqlı hal budur ki, həmin işçilərin həyat yoldaşları o dönəmdə tətbiq olunan karantin və komendant rejimində mesajla 2-3 saatlıq evdən çıxma icazəsi alıb ərlərinin maaşları üçün Bakı şəhər Təcili Tibbi Yardım avtobazasının direktoru Yaqub Məmmədovun qəbuluna düşəndə Yaqub onlarla məzələnir, get-gələ salırmış. Təsəvvür edin, müharibə vəziyyətində, ərləri ölüm təhlükəsi ilə üz-üzə qalan qadınlara bu cür münasibət göstərmək nə deməkdir!?

Əxlaq normaları və etik dəyərlərə münasibəti bir yana, Yaqub Məmmədov zatən öz vəzifəsinin də öhdəsindən gəlmir, daha doğrusu, səlahiyyətlərindən öz şəxsi maraqları naminə sui-istifadə edir. Dəfələrlə olub ki, Avtobaza tərəfindən büdcə vəsaitləri üzrə proqnozlar tərtib edilərkən mövcud qanunvericilik aktlarının və qaydaların bir sıra tələbləri gözlənilməyib, avtobazanın maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri tam qiymətləndirilməyib. Bəzi hallarda müvafiq normativ aktların tələblərinə əməl edilməyərək artıq əmək haqqı ödənilib, artıq vakant ştatlar saxlanılaraq əmək haqqı proqnozlaşdırılıb və xərc smetalarında nəzərdə tutulmadığı halda vakant vəzifələr hesabına işçilərin əmək haqlarına əlavələr ödənilib. Direktorun yerlibazlığı, qohumbazlığı, işçiləri arasında ayrı-seçkilik etməsi də gəzən söhbətlər sırasındadır. Avtobazanın fəaliyyətində yer alan neqativ hallar cərgəsində ən ciddi araşdırma tələb edəni, hüquq müstəvisində qiymət verilməli olanı dövlət satınalmaları haqqında qanunun pozulması ilə müşayiət olunan tender sövdələşmələri, idarənin mühabirləşdiyi firmalara ödənilməli olan xidmət haqlarının, mal-material qiymətlilərinin, ehtiyat hissələrinin (müştük, elektrobenzonasos, dayaq lövhəsi, arxa amortizator, benzo-filtr, peçin radiatoru, şarovoy, vıjimnoy, termostat, stupitsa podşipniki, qabaq kalotka, qranat, yanacaq nasosu, su radiatoru, dartma yığımı, şüşə silgəci, su baçoku, vilka stepleni, hava filtri, şüşəsilən mexanizm, generator, qabaq və arxa işlək silindrlər, səsboğucunun araqatı, starter və s.) qiymətinin “şişirdilməsidir”. Qarajda Avtobazanın balansında olmayan maşınlara da pullu texniki xidmət göstərilir, ehtiyat hissələri, yanacaq və sürtgü materialları təcili yardıma aid olmayan avtomobillərə işlədilir, hətta idarənin özünün sürücüləri bu vəziyyətdən gileylənirlər.

Etibarlı mənbələrdən aldığımız məlumata görə, Bakı Şəhər Təcili Tibbi Yardım Stansiyasının rəhbəri Raufla yola getməyən avtobaza direktoru onun “ayağının altını qazaraq” Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) rəhbərliyinin gözündən salmaq, bu yolla təzyiq göstərməyə çalışır.

Yaqub Məmmədovun korruptiv əməllərinin sübutu kimi xidmət edəcək daha bir misal avtobazanın hazırda təqaüddə olan Elxan adlı işçisinin 20 nəfərdən qarajda işə düzəltmək adı altında xeyli miqdarda pul yığaraq aradan çıxmasıdır. Hazırda prokurorluğun icraatında olan həmin məsələ Yaquba başağrısı verməkdədir. Çünki şikayətçilər Elxanın onlardan pulu rüşvət kimi məhz qaraj direktoruna vermək üçün aldığını yazıblar. Lakin Yaqub Məmmədov özünü TƏBİB-in icraçı direktoruna sədrinə necə şirin satıbsa, görünən odur ki, Vüqar Qurbanov onu cinayət təqibi orqanından da qoruyacaq.

Nyus.Az




Paylaş:


Müəllif : Tarix:
28-04-2023, 09:13
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər