reklam
Regionxeberlericom.az » Gündəm » Vidadi İsayev ONU QORUYA BİLƏCƏKMİ? - İDDİA

reklam

Vidadi İsayev ONU QORUYA BİLƏCƏKMİ? - İDDİA














İcra başçının himayə etdiyi məktəb direktoru həbs edilə bilər. Bərdə şəhər 4 nömrəli Uşaq İncəsənət Məktəbinin direktoru Aysel Yusif qızı Bayxanovadan gedir.

"Azərbaycan Reallığı"na daxil olan məlumata görə, Aysel Bayxanova haqqında indiyədək dəfələrlə mətbuatda müxtəlif xəbərlər yayılıb. Həmin xəbərlərdə eks məktəb direktorunun qanunsuz fəaliyyətindən bəhs edilir.

Məktəb direktoru medianın diqqətinə həm də rayonda tikdirdiyi obyektlər, bahalı evləri, sürdüyü bahalı maşınlar və Bərdənin icra başçısı Vidadi İsayevin hər vəchlə onu himayə etməsi ilə gündəmə gəlmişdi.













Aysel Bayxanova haqqında elə direktoru olduğu məktəbin işçilərindən tərəfindən müxtəlif vəzifə pozuntuları ilə bağlı hüquq-mühafizə orqanlarına çoxsaylı şikayətlər edilmişdir.

Onun icra başçısı tərəfindən himayə edilməsinə baxmayaraq, mətbuatdan dərc edilən yazılardan sonra prokurorluq hərəkətə keçib.

Belə ki, Aysel Bayxanova haqqında Azərbaycan Respublikası Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanılıb.

Aysel Bayxanovla bağlı cinayət məcəlləsinin rüşvət alma, vəzifə səlahiyyətlərini aşma və dövlət əmlakını mənimsəmə maddələri ilə istintaq işi davam etdirilir.

"Azərbaycan Reallığı" Baş Prokurorluğun mətbuat xidmətinin mövqeyini öyrənməyə çalışıb. Qrumdan sözü gedən məsələ ilə bağlı saytımıza bildirildi ki, adı keçən şəxslə əlaqədar olaraq, baş idarədə cinayət işi davam edir. Yaxın günlərdə istintaq yekunlaşaraq, iş məhkəməyə göndəriləcəkdir. //"Azərbaycan Reallığı"//




Paylaş:


Müəllif : Tarix:
28-04-2023, 12:28
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər