reklam
Regionxeberlericom.az » Gündəm » Atası öldürülən modelyer: - "Önəmli şəxslərin qəbulunda oldum, hər şeyi danışdım..."

reklam

Atası öldürülən modelyer: - "Önəmli şəxslərin qəbulunda oldum, hər şeyi danışdım..."


Tanınmış modelyer Elnarə Bəkirova atası Kamran Bəkirovun qətli ilə bağlı cinayət işinin istintaqından danışıb.

Regionxeberlericom.az bildirir ki, Elnarə Bəkirova Teleqraf.com-a açıqlamasında artıq istintaqa Sabunçu Rayon Prokurorluğu tərəfindən ciddi yanaşıldığını deyib:

“Sabunçu Rayon Prokurorluğundan da zəng etdilər, inanıram ki, istintaqa tam şəffaf və obyektiv yanaşacaqlar. İş tam nəzarətə alınıb, bu, bizim üçün xoş bir xəbərdir. Sabunçu Rayon Prokurorluğundan sosial şəbəkədə paylaşım etdikdən sonra gözlədiyim müsbət reaksiyanı aldım.

Bütün dəlil-sübutlar var, bu cinayətdə iştirak edən hər kəs məsuliyyətə cəlb olunacaq. Məsələyə tam obyektiv baxılacağına söz verilib. Atam mənim uşaqlarıma da atalıq edib. Nəinki atamı, qardaşımı, dostumu, hətta sirdaşımı itirmiş kimiyəm. İnanıram ki, günahkarlar qanun qarşısında lazımi cəzalarnı alacaqlar. Nə qədər ki, damarımda qan axır, bu işi buraxmayacam. Heç kimdən də qorxum yoxdur. Mən prezidentimə, dövlətimə, dövlətimin qanunlarına inanıram. Bu qədər rahat çıxışlarımın səbəbi bu idi.

Ölkədə insan oğurluğu olub, illərdir belə bir hadisə baş verməmişdi. İnsan oğurluğu, quldurluq, mütəşəkkil cinayətkarlıq, amansızcasına öldürülmə, tamahkarlıq var. Bunların hamısına görə hadisəni törədənlər cavab verəcəklər. Axıra qədər mübarizə aparacam”.

“Atanızı öldürən şəxslərin bir millət vəkilinin qohumu olduğunu iddia etmişdiniz. Həmin millət vəkilinin adını açıqlamadınız. Bunun səbəbi nədir” sualına Elnarə Bəkirova belə cavab verib:

“Millət vəkilinin adını açıqlamadım, onun haqqında lazım olan məlumatı dövlət orqanlarına bildirmişik. Çünki bu, ciddi iddiadır. Ona görə də bu məsələnin dövlət qurumları tərəfindən düzgün araşdırıldıqdan sonra açıqlaması veriləcək. İstəmərəm ki, tam əmin olmadan ad çəkim. Lazım olan adı demişəm. Əlimizdəki sübutların hamısı istintaqa təqdim olundu. Artıq böyük bir araşdırma başlayıb. Önəmli şəxslər məni qəbuluna dəvət etdilər, orada hər şeyi danışdım”.

Qeyd edək ki, Elnarə Bəkirova bir müddət əvvəl İnstaqramda video paylaşaraq cinayət işinin istintaqından narazı olduğunu bildirmişdi.

Xatırladaq ki, Kamran Bəkirov üzərində olan 300 min manatla itkin düşüb. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin öldürülməsi və meyitinin gizlədilməsi məlum olub. Təxirəsalınmaz tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinənlər - əvvələr məhkum olunan 1953-cü il təvəllüdlü Mustafa Zeynalov, 1984-cü il təvəllüdlü Namiq Əliyev saxlanılıb.

İlkin araşdırma zamanı Kamran Bəkirovun aprelin 6-sı saat 19 radələrində paytaxtın Sabuçu rayonunun Nardaran qəsəbəsi ərazisində aralarındakı pul mübahisəsi zəminində 1955-ci il təvəllüdlü Mustafa Zeynalov və onun qohumu 1984-cü il təvəllüdlü Namiq Əliyev tərəfindən küt alətlə xəsarət yetirməklə qəsdən öldürülməsi və meyitinin rayonun "Ləhiş bağları" ərazisindəki su quyusuna atılmasına əsaslı şübhələr müəyyən edilib.




Paylaş:


Müəllif : Tarix:
28-04-2023, 16:13
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər