Göyçay rayon İcra Hakimiyyəti onkoloji xəstəyə qənim kəsilib-ŞİKAYƏT
Mən Məmmədov Cavid İkram oğlu Göyçay rayon sakiniyəm. Ailəliyəm və iki azyaşlı oğlum var. Kiçik övladım anadangəlmə serebral iflic xəstəsidir. Həmçinin, özüm də 10 il müddətdir ki, onkologi xəstəyəm. Öz evimiz olmadığına görə kirayədə qalırıq. Fiziki əmək qabiliyyətim yoxdur. Velosipedin üzərinə baqaj quraşdırmışam. Onunla Göyçay ərazisində gəzib-dolaşaraq corab satıram. Hər satdığım corabdan 10 və ya 20 qəpik qazanc əldə edirəm. Həmin pulun bir qismini ailəmin ehtiyaclarına, qalan hissəsini isə boğazımızdan kəsərək neçə illərdir ki, yığırdım. Çünki, bir gün öz evimizin olacağı arzuları ilə yaşayırdıq. Xəyallarımızın kerçəkləşməsi ümidilə hətta dəfələrlə gecələri ac yatardıq. Beləliklə minbir əzab-əziyyətlə artıq 4000 (dörd min) pul yığmışdıq. Göyçay Çayının ətrafında boş torpaq sahəsi satıldığına dair məlumat aldım. Mülk sahibi ilə razılaşaraq o yeri almaq qərarına gəldik. Lakin, bunun bir əmması var idi. Belə ki, həmin ərazidə yaşayan sakinlərin heç birinin torpağ haqqında çıxarışı yox idi. Buna baxmayaraq ərazidə yüzlərlə tikili evlər mövcuddur. Biz də öz növbəmizdə həyat yoldaşımla müzakirə edərək həmin torpağı alacağıq deyə qəti qərara gəldik. Bundan sonra Göyçay şəhər Bələdiyyəsindən müəyyən sənədlər aldıq. Yenə corab satmağa davam edərək pul yığırdım. Bu dəfə isə qum, sement, daş və digər lazımi şeylər aldıq. Valideynlərimiz də bizə qismən maddi dəstək oldular. Allahın iznilə evin bünövrəsini tökdük və cəmi iki mişar daşı (kubik) hörgü hörmüşdük ki, Göyçay Rayon İcra Hakimiyyəti sözün həqiqi mənasında xirtdəyimizə çökdü. Təcili olaraq tikintini dayandırmağımızı və torpaq sahəsini tərk etməyimizi tələb etdilər. Təkcə bizə deyil, ətrafda yaşayan bütün sakinlərdən eyni şey tələb olunurdu. Göyçay Rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə buraya xeyli polis qüvvəsi də cəlb edildi. Məmur-vətəndaş arasında böyük insident yaşandı. Hadisədən sonra Göyçay Rayon İcra Hakimiyyəti başçısı Natiq Ağayevin qəbuluna getdik. Ancaq qeyri-qəbul vaxtı olduğuna orada görə bizi Arxitektura və Memarlıq Şöbəsinin müdiri Ayaz Səfərəliyev qəbul etdi. Ayaz Məmmədəli oğlu Səfərəliyevə narazılığımızı bildirdik. Ona "Dövlət orqanlarına şikayət edəcəyik", - dedik. O, "Elə dövlət mənəm da, siz kimə şikayət edəcəksiniz?" - söylədi. Biz isə yuxarı instansiyaları nəzərdə tutduğumuzu deyəndə o, "Sizdən öncə bir nəfər də məndən yazıb-tökmüşdü, məhkəməyə verib 300 (üç yüz) manat təzminat kəsdirdim. Əgər məndən yazsanız, sizi də eyni aqibət gözləyir", - deyərək açıq-aşkar bizi təhdid etdi. Hansıki həmin şəxs birinci qrup hərbi əlildir. Onun ictimai fəal olması Ayaz Səfərəliyev kimi məmurlara sərf eləmir. Ola bilsin ki, yuxarıda qeyd etdiyim həqiqəti Ayaz Səfərəliyev inkar etsin. Sübut üçün Göyçay Rayon İcra Hakimiyyətinin müşahidə kameralarına baxmaq kifayətdir.
Cənab Prezident layihə planına əsasən, Göyçay Çayının üzərindəki Qırmızı Körpünün yanından sabiq deputat Elxan Süleymanovun malikanələrinin yanına qədər olan ərazidə park və əyləncə mərkəzləri salınacaqdır. Adını "istirahət zonası" qoyduqları yerlər kasıb və sahibsiz insanların sökülmüş evlərinin yerində, həyətyanı torpaq sahələrində inşa ediləcəkdirsə, bu əsl ədalətsizlik və özbaşınalıq deməkdir. Siz Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq 17 oktyabr 2022-ci il tarixdə Natiq Nuşravan oğlu Ağayevi Göyçay Rayon İcra Hakimiyyəti başçısı təyin etmisiniz. Ona ilk tapşırığınız isə, " Get xalqa doğru-dürüst xidmət eylə", - sözündən ibarətdir. Əgər Sizin göstərişinizdən sonra o, bizim kimi çulsuz, kasıb insanların mülkünü əlindən almaqla "park" salacaqdırsa, deməli göstərişinizə əməl etmir və etimadınızı doğrultmur.
Cənab Prezident müraciətimi bu qədər müfəssəl izah etməklə Sizə Göyçayda baş verən həqiqətləri çatdırmaq istədim. Doğrusu biraz qorxuram. Sizdən çarəsiz Azərbaycan vətəndaşı kimi çox xahiş edirəm, çətinliklərə qatlaşaraq aldığımız torpağın sənədləşdirilməsi, tikintiyə icazə verilməsi üçün köməklik göstərəsiniz və mənim təhlükəsizliyimi təmin edəsiniz. Sizə öncədən çox təşəkkürlərimizi bildiririk.
RegionXəbərləricom.az olaraq qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq...
RegionXəbərləricom.az
Paylaş:
Müəllif : Fuad
Tarix:1-05-2023, 08:36
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər