reklam
Regionxeberlericom.az » Gündəm » Hərbi qulluqçumuz intihar edib

reklam

Hərbi qulluqçumuz intihar edib
















Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Məmmədov Ramil İlham oğlu odlu silahdan atəş açmaqla özünü öldürüb.

Bu barədə Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Firad Əliyev bildirib.

Onun sözlərinə görə, daxil olmuş məlumat əsasında Füzuli hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb və digər hərəkətlər icra edilib.

Həmçinin oxuyun: Президент с супругой заложили фундамент Агдамского центра мугама - Фото

Fakt üzrə Füzuli hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müvafiq ekspertizalar təyin edilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.




Paylaş:


Müəllif : Tarix:
2-05-2023, 23:38
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər