reklam
Regionxeberlericom.az » Gündəm » Göyçayda şəhid qardaşı vətəndaşlıqdan imtina etmək istəyir- ŞİKAYƏT

reklam

Göyçayda şəhid qardaşı vətəndaşlıqdan imtina etmək istəyir- ŞİKAYƏT















Göyçay şəhəri Rauf İsayev küçəsi ev 26 ünvanında yaşayan Rəhimli Elnur Nazim oğlu tərəfindən səsləndirilən müraciətdə deyilir:

"Bildirmək istəyirəm ki,  Göyçay Rayon İcra Hakimiyyəti   məni vətəndaşlıqdan imtina etməyə vadar edir. Belə ki, öncəki müraciətlərimdə qeyd etdiyim kimi, banklardan faizli kredit götürərək şəhərin Heydər Əliyev prospektində "kökş" inşa etdirmişəm. "Köşk"ün yerinin icazəsini isə 8 ay Göyçay Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən 1-ci müavin İkram Vəliyevdən almışdım. Lakin, fəaliyyətə başladığım ilk gündən Göyçay Rayon İcra Hakimiyyəti Arxitektura və Memarlıq Şöbəsinin müdiri Ayaz Səfərəliyev məndən "köşk"ü  yığışdırmağımı tələb etdi. Mən də öz növbəmdə aidiyyəti orqanlardan kömək istədim. Bu zaman Göyçay Rayon İcra Hakimiyyəti başçısı Natiq Ağayev A. Səfərəliyevi müdafiə etməyə başladı. Yuxarı instansiyalardan gələn tapşırıq məktublarına min cür don geyindirərək  cavab verməyə başladılar. İkram Vəliyevin imzası altında mənə "Qanunsuz kökş aşkarlamışıq" - sözləri ilə rəsmi cavab verdilər. Sanki onun bu "köşk"dən xəbəri yoxdur və elə  aşkarlamışıq deyirlər ki, guya "köşk" deyil,  "Nüvə silahı" tapıblar. Buradan bəllidir ki, həm suçlu həm də güclü qismində: İkram Vəliyev mənə həm icazə verib, həm də xəbərsiz olduğunu qeyd edərək yalan danışır. Necə ki, A. Səfərəliyevin qəbulunda olanda o, mənə "İkram Vəliyevə inanma, sənə icazə verdiyini boynundan atacaqdır", - demişdir. Bir sözlə, Göyçay Rayon İcra Hakimiyyəti  başçısı Natiq Ağayev başda olmaqla, İkram Vəliyev, Ayaz Səfərəliyev və digərləri məni vadar edir ki, vətəndaşlıqdan imtina edim. Baxmayaraq ki, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı 1.4.-cü maddəsinə əsasən, yerli icra hakimiyyətlərinin başçıları öz fəaliyyətini vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsi, müvafiq ərazinin əhalisinin rifahını yaxşılaşdırmaq naminə iqtisadiyyatın, sosial və mədəni sahələrin inkişafının təmin edilməsi, qanunçuluq, aşkarlıq və ictimai rəyin nəzərə alınması prinsipləri əsasında qururlar. Ancaq, görünən odur ki, bu Qanun Göyçay Rayon İcra Hakimiyyəti üçün heç bir məna kəsb eləmir. Yenicə gəlmişdi deyə, Natiq Ağayev Heydər Əliyev prospektindəki bağlanmış yolu açdırdı, bir-iki yerə tamet daşlar döşətdirdi. Hansıki bunlardan daha önəmlisi insanların sosial rifahının yaxşılaşdırılmasıdır ki, təəssüflər olsun hazırda rayonda fəaliyyət göstərən çayxanalar işsiz gənclərlə dolub-daşır. Göyçay Rayon İcra Hakimiyyətinin dərdi tamamilə başqadır. Mənimlə olan ədavətləri elə pik həddə çatdırıblar ki, hətta "köşk"ün ətrafında olan bütün ticarət obyektləri elektrik enerjisi ilə təmin edilib, lakin mənim işığımı belə kəsdiriblər. Bu, Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsindəki "Bərabərlik hüququ"na ziddir. 

 Artıq, Azərbaycan Respublikasının vətəndaşlarına Göyçayda hörmət qoyulmur, haqq və hüquqları ayaqlar altına alınır. Məhz ona görə də yazılı və video müraciətimlə xarici ölkələrin Azərbaycandakı səfirliklərindən kömək istəyirəm. Amerika,  Almaniya, Niderland,  Norveç kimi insan hüquqlarının müdafiəsinə riayət edilən xarici ölkələrdən xahiş edirəm,  mənə və ailəmə sığınacaq verərək, bizi öz ölkənizə vətəndaş olaraq qəbul edəsiniz."

RegionXəbərləricom.az olaraq qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq....

RegionXəbərləricom.az




Paylaş:


Müəllif : Tarix:
4-05-2023, 08:44
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər