Göyçayda icra başçısı kütləvi narazılıq yaradır- ŞİKAYƏT (VİDEO)
İcra başçısı Namiq Ağayev az bir vaxtda Göyçayda kütləvi narazılıq yaradıb.Bunu mətbuata rayon sakinləri bildirirlər.
"Göyçay Rayon İcra Hakimiyyəti başçısı Natiq Ağayevin göstərişi ilə rayon ərazisindən keçən Göyçay Çayının ətrafında yaşayan sakinlərin evləri zorla sökülür. Məhkəmə qərarı olmadan və sakinlərə dəymiş ziyan ödənilmədən sökülən mülklərdə "park" salınması nəzərdə tutulur.
Halbuki, vətəndaşların bildirdiyi kimi, əvvəllər bu yerlər zibilxanalıqlar olub, lakin orada məskunlaşan insanlar öz vəsaiti hesabına yola çınqıl və daş tökdürüb səliqəyə salıblar. Banklardan kredit götürməklə borc-xərc edib ev tikiblər, yaşıllıq salıblar.
İndi isə Göyçay Rayon İcra Hakimiyyəti insanların əzab-əziyyətlərlə mülkləri özününküləşdirmək istəyir".
Çarəsiz vəziyyətdə olan insanlar videomüraciət edərək mətbuat vasitəsilə ölkə başçısından və birinci vitse-prezidentən kömək istəyirlər.
Narazı sakinlərin video müraciətini təqdim edirik;
Paylaş:
Müəllif : Fuad
Tarix:5-05-2023, 14:47
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər