reklam
Regionxeberlericom.az » Gündəm » Prokurorluq hərbçinin özünə qəsd etdiyini, anası isə öldürüldüyünü deyir

reklam

Prokurorluq hərbçinin özünə qəsd etdiyini, anası isə öldürüldüyünü deyir

















Hərbi Prokurorluq mayın 2-də 2004-cü il təvəllüdlü Ramil Məmmədovun intihar etməsi ilə bağlı məlumat yayıb. Prokurorluq yaydığı məlumatda qeyd edib ki, onun odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Füzuli Hərbi Prokurorluğuna məlumat daxil olub. Ancaq hərbçinin anası Bəyim Məmmədova oğlunun intihar etməsinə inanmadığını bildirib.

“Abzas Media” xəbər verir ki, hərbçinin anası oğlunun başının arxasından vurulduğunu deyib:

“Hərbi hissənin tabor komandiri mənə zəng elədi ki, Füzuli Hospitalına gəlin. Mən ora çatmamış, uşağın meyiti soyumamış, istintaq başlamamış hər yerdə yayılıb ki, uşağım özünə qəsd edib. Bilirsiniz ki, istintaq bitməmiş heç bir versiya irəli sürülmür. Mən hospitala çatanda hərbçilər, prokurorluq işçiləri orada idi. Dedim, övladıma baxmaq istəyirəm, mane olmadılar. Mən tibb işçisiyəm, savadlı qadınam, ekspert olmaq lazım deyil, o, avtomatı sol əllə necə qaldırıb başının arxasından özünü vura bilər? Onu heç kim edə bilməz”.

B.Məmmədova deyib ki, oğlu 7 ay idi Cəbrayılda yerləşən hərbi hissədə xidmət edirdi. O, oğlunun hərbi hissədən narazılığının olmadığını deyir. Sonuncu dəfə oğlu ilə danışanda da əhvalı yaxşı imiş:

“Orda hamı oğlumdan razı idi. Biri də deməyib ki, xuliqandır, kiminləsə vuruşub, özünə düşmən qazanıb. Hər dəfə evlə gülə-gülə danışırdı. Ölümündən əvvəl də mənimlə danışdı. Dedi, “mama, Beyləqana gələcəksən, görüşək?” Darıxmışdı, mənə çox bağlı idi”.

Valideyn bildirib ki, oğlu Sənaye və Texnologiya Kollecini bitirib. Bu il universitet təhsili üçün müraciət etsə də, qəbul olmayıb. Anası təklif edib ki, Türkiyədəki universitetlərdən birində təhsilini davam etdirsin. O isə hərbi xidmətini başa vurub təhsili ilə maraqlanacağına söz verib.

“Bu uşağın özünə qəsd etməyi mümkün deyil. Əsgər hərbi xidmətdə həyatını itirirsə, şəhiddir. Mənə status və pul lazım deyil, o səviyyədə deyiləm. Amma deməsinlər ki, özünə qəsd edib. Bu uşaq şəhid kimi qayıdıb, ona hörmət olunmalıydı”, - Bəyim Məmmədova əlavə edib.

Hərbi Prokururluğun yaydığı məlumatda qeyd olunub ki, fakt üzrə Füzuli Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.




Paylaş:


Müəllif : Tarix:
7-05-2023, 11:20
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər