reklam
Regionxeberlericom.az » Gündəm » "DOST" İş Mərkəzi Ucarda işçilərlə düşmənçilik aparır-ŞİKAYƏT

reklam

"DOST" İş Mərkəzi Ucarda işçilərlə düşmənçilik aparır-ŞİKAYƏT








RegionXəbərləricom.az-a Ucar şəhəri Konserv Zavod yaşayış evində yaşayan Qurbanova Mətanət Şahin qızı tərəfindən daxil olan müraciətdə deyilir:

"2019-cu il tarixindən «Dost» İş Mərkəzinin xətti ilə Ucar rayon Komunal Müəssisələri Kombinatında işləyirəm.İşlədiyim müddətdə daima işdə olmuşam və rəhbərlik tərəfindən verilin bütün iş tapşırıqlarını yerinə yetirmişəm.İşlədiyim ərazilərdə olan müşahidə kamerlalrının yaddaşındakı video kadrlara baxılsa bu dediklərim təsdiq olunacaq

27 aprel 2023-cü il tarixində mənimlə bağlanmış əmək müqaviləsinə xitam verilib.Əmək müqaviləsinə xitam verilməsinə səbəb kimi göstəriblər ki, işə gəlmirəm, məsuliyyətsizəm. Bu göstərilənlər ağ yalandır. Ucar rayonu Komunal Müəssisələri Kombinatı işə gəlməməyimlə bağlı «Dost» İş Mərkəzinə məlumat verib. Həmin günü əmək müqaviləsinə xitam verilmiş başqa şəxslərdə var. Həmin şəxslər Ucar rayonu Komunal Müəssisələri Kombinatının müdirinə və briqadirlərə aylıq haqq vermədikləri üçün belə yalan məlumatı «Dost» İş Mərkəzinə verilib. Biz daima işdə olmuşuq və verilən tapşırıqları yerinə yetirmişik.

«Dost» İş Mərkəzinin xətti ilə Komunal Müəssisələri Kombinatında adı işdə olub özləri işə gəlməyən şəxslər çoxlu saydadır. Onlar aylıq haqq verirlər deyə işə gəlmirlər ancaq maaşlarını alırlar. Briqadirlərin və komxozun rəhbər şəxslərinin birinci dərəcəli yaxın qohumları, pensiya alan 70 yaşlı ər-arvad, Adları komxozda olsada taksi fəaliyyəti ilə məşğul olan şəxslər, Özləri Bakı şəhərində yaşasalarda adları Ucar komxozunda olan şəxslər işə gəlməsələrdə aylıq haqq verdiklərinə görə maaşlarını alırlar. Araşdırma aparılsa bütün bu yazdıqlarım öz təsdiqini tapacaq.

Qeyd edim ki, aztəminatlı ailə kimi ünvanlı dövlət sosial yardım alıram. Himayəmdə iki azyaşlı övladım var. Həyat yoldaşım isə qapılarda fəhləlik edir. Bu işdə bir ayın 15 günü olur, 15 günü olmayır. Yəni daimi qazanc yeri yoxdur. Üç ildir mən işlədiyimə görə bir təhər dolanırdıq.İşimə qaytarılmasam ünvanlı dövlət sosial yardımda dayandırılacaq. Dörd nəfərdən ibarət olan ailə necə dolanacaq? bunu fikirləşən yoxdur

Mən Qurbanova Mətanət Şahin qızı mətbuat vasitəsi ilə Sizdən xahiş edirəm bu müraciətimi obyektiv araşdırılaraq ciddi tədbir görülməsinə köməklik edəsiniz".

 





Paylaş:


Müəllif : Tarix:
8-05-2023, 08:51
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər