Uşaq bağçasında camaşırxana yoxdur, amma hər ay sabun, yuyucu toz alınır… - AXI NİYƏ?!
Uşaq bağçasında nəinki bir ağac, hətta bir kol yoxdur, amma kağız üzərində bağbanlar var…
Nə qədər yazmaq olar ki, Azərbaycan cəmiyyətinin və dövlətinin gələcəyi uşaq bağçalarında, körpələr evində formalaşır.
Bəli, Azərbaycanın gələcək vətəndaşları məhz məktəbəqədər təhsil müəssisələrində yetişir. Amma...
Əmması odur ki, bu gün Elm və Təhsil Nazirliyinin yaydığı rəsmi məlumatı oxuyanda adam dəhşətə gəlir. Nazirliyin yaydığı rəsmi məlumatı olduğu kimi dərc edirik: “Bildiyimiz kimi, ölkə başçısının müvafiq sərəncamına əsasən, dövlət məktəbəqədər təhsil müəssisələri Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib.
Ötən bir il ərzində məktəbəqədər təhsil müəssisələrində sistemli təkmilləşdirmə işləri aparılıb, işçi heyətin məlumatları elektron bazalarda toplanılıb və təhlillər aparılıb. Məlum olub ki, dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan 11 300 NƏFƏR TƏRBİYƏÇİ -MÜƏLLİMDƏN 51%-nin ( 5800 NƏFƏR ) məktəbəqədər təhsil sahəsi üzrə müvafiq ALİ və ya ORTA İXTİSAS TƏHSİLİ YOXDUR.
Qeyd edək ki, "Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məktəbəqədər təhsil sahəsi üzrə ali və ya orta ixtisas təhsilli şəxslər tərbiyəçi-müəllim vəzifəsində çalışa bilərlər”.
Təsəvvür edirsiniz ölkənin gələcəyini yetişdirən TƏRBİYƏÇİLƏRİN yarıdan çoxunun nəinki ali təhsili, heç orta təhsili də yoxdur. Söhbət 5-10 nəfərdən deyil ee, 51 faizdən, 5800 nəfərdən gedir. Belə olan halda bu ölkənin gələcəyini özünüz təsəvvür edin. Nazirliyin yaydığı rəsmi məlumatda qeyd edilir ki, “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məktəbəqədər təhsil sahəsi üzrə ali və ya orta ixtisas təhsilli şəxslər tərbiyəçi-müəllim vəzifəsində çalışa bilərlər.
Deməli, kimlərsə 5800 dəfə Azərbaycan Respublikasının Qanununa …o məsələ… Bu dünyada analoqu olmayan haldır ee…
Deməli, ortada 5800 cinayət əməli….rüşvət…var. Bax, buna görə də uşaq bağçaları barədə hər gün oxuyuruq ki, uşaqlara qarşı zorakılıq var… Çünki tərbiyəçi özü tərbiyəsizdir…adi təhsili yoxdur… Yaxud oxuyuruq ki, uşaqlara ayrılan qida və ərzaq məhsulları haradasa satılır, uşaqlar düzgün qidalanmır. Bəs nə gözləyirdiniz..?
Heç bir təhsili olmayan şəxs uşaq bağçasında işə düzələ bilibsə, deməli rüşvət verib. Yaxud uşaq bağçalarına ayrılan dövlət vəsaitini mənimsəyiblər. Elm və Təhsil Nazirliyi öz rəsmi açıqlamasında bir vacib məqama toxunmur. Söhbət uşaq bağçalarındakı, körpələr evindəki yüzlərlə, bəlkədə minlərlə “ölü canlardan” gedir.
Bəli, uşaq bağçalarında 5 tərbiyəçinin yerinə 2-si işləyir, qalan üçünün pulunu, əmək haqqını isə bağça müdiri alır. Yaxud bağçada 10 nəfər dayə olmalıdır, amma 4-ü işləyir, 6-sı isə “ölü candır”. Bütün bunlar hələ problemlərin cüzi bir hissəsidir.
Bəs görəsən, Bakı Şəhəri üzrə Təhsil İdarəsi ( müdir Mehriban Vəliyeva ) hara baxır..? Təhsil İdarəsində o boyda MƏKTƏNƏQƏDƏR TƏHSİLİN TƏŞKİLİ SEKTORU var, müdiri var, əməkdaşları var…bunlar hara baxırlar..? İndi onların hara baxdığın qeyd edək.
Təsəvvür edirsiniz, binanın 1-ci mərtəbəsində məktəbəqədər təhsil müəssisəsi yerləşir. Və onun həyətində nəinki bir ağac, hətta bir kol yoxdur. Amma kağız üzərində bir neçə bağbanı var, bağbanlar hər ay guya maaş alır və. s. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Elgün və Rəşad adlı komissiya üzvləri var, gedib yoxlasınlar.
Bəli, binanın birinci mərtəbəsində yerləşən və 50-60 işçinin kağız üzərində çalışdığı məktəbəqədər tədris müəssisəninin işdən sonra qapısını bağlayıb gedirlər. Amma kağız üzərində 4 mühafizəçi var.
Bütün bunlar reallıqdır, bu dövlətin vəsaitini mənimsəməkdir, bu cinayətdir. Biz bir media olaraq ictimai nəzarətin güclü olmasının tərəfindəyik. Bəs dövlət orqanları, müvafiq dövlət qurumları hara baxır..? Bax, əsas məsələ budur. //gundelik-baku.com//
Paylaş:
Müəllif : Fuad
Tarix:9-05-2023, 08:45
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər