reklam
Regionxeberlericom.az » Gündəm » “Sumqayıt Tibb Mərkəzi”ndə NƏ İŞLƏR ÇEVRİLİB... - İLGİNC İDDİALAR...

reklam

“Sumqayıt Tibb Mərkəzi”ndə NƏ İŞLƏR ÇEVRİLİB... - İLGİNC İDDİALAR...















“Sumqayıt Tibb Mərkəzi” Publik Hüquqi Şəxsində ( keçmiş Sumqayıt Səhiyyə şöbəsində ) baş verən qanunsuzluqlarla bağlı cinayət işi başlanıb.

Bu barədə bir neçə gün öncə Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən yayılan xəbərdə deyilir ki, “Sumqayıt Tibb Mərkəzi” PHŞ tərəfindən dövlət vəsaitlərinin və digər dövlət əmlakının idarə olunmasına dair qanunvericiliyin pozulması barədə Hesablama Palatasından daxil olmuş material əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

Aparılmış araşdırma ilə qeyd olunan hüquqi şəxsin vəzifəli şəxsləri tərəfindən Sumqayıt şəhəri ərazisində fəaliyyət göstərən dövlət tibb müəssisələrində cari təmir işlərinin aparılması ilə bağlı dövlət büdcəsindən ayrılmış külli miqdarda pul vəsaitinin təyinatı üzrə xərclənməməsi və mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Bura qədər yazılanlar rəsmi məlumatdır.

Məlumat üçün onu qeyd edək ki, 2019-cu ildən Sumqayıt Səhiyyə Şöbəsinə Səkinə Sadıxova rəhbərlik edib. Sonradan Sumqayıt şəhər Səhiyyə Şöbəsinin bazasında yeddisi Ailə Sağlamlıq Mərkəzi və dördü şəhər xəstəxanası olmaqla 18 tibb müəssisəsindən ibarət Sumqayıt Tibb Mərkəzi yaradılıb. Və Səkinə Sadıxova Mərkəzin direktoru olub.

Təsəvvür edirsiniz, Səkinə Sadıxova 300 min əhalisi olan Sumqayıt şəhərinin səhiyyəsinə görə məsuliyyət daşıyır, tabeçiliyində 7 Sağlamlıq Mərkəzi, 18 tibb müəssisəsi, Təcili Yardım və s. İndi özünüz Səkinə Sadıxovanın yığdığı rüşvətin miqyasını təsəvvür edin.

Səkinə Sadıxova Sumqayıt Şəhərindəki Təcili Yardım stansiyasına ayrılan vəsaiti, yanacağı, nə bilim ehtiyat hissələrinin pulunu məmisəyirdi və bütün xərcləri yıxırdı sürücülərin üstünə. Səkinə Sadıxova Sumqayıtdakı xəstəxanalarda istədiyi adamı çıxarıb pul alaraq başqasını təyin edirdi. Baş həkimlər etiraz edəndə onları vəzifədən çıxarmaqla hədələyirdi. Bu adam həkimlərin pulu hesabına özünə bahalı, təmtəraqlı ad günləri keçirir, bahalı imperator kəməri taxaraq fotosessiya göstərirdi.

İstər-istəməz sual doğurdu ki, dövlətdən konkret maaş alan Səkinə Sadıxova belə bahalı məclisi hansı pulla keçirir..? Hətta deyilənə görə, Səkinə Sadıxovanın belindəki kəmər Rusiya İmperiyasının çarı II Nikolayin, həyat yoldaşının, imperatriçanın kəməri imiş.

Bəli, Səkinə Sadıxova Romanovlar sülaləsinə məxsus antikvar kəməri necə əldə edib, neçə milyon xərcləyib, bunu qoy dövlət qurumları araşdırsın... Redaksiyamıza daxil olan məlumata görə, kəmər 713 min dollara başa gəlib. Həkim həmkarları deyir ki, biz bilmirik Səkinə səhiyyə rəhbəridir, yoxsa, modeldir. Səkinə Sadıxova qısa vaxtda kadr yerdəyişmələri, təqaüd yaşına çatan həkimlərin müddətinin uzadılması adı altında yüz minlərlə pul yığıb.

Səkinə Sadıxova 2021-2022-ci illərdə saxta tenderlər keçirib və yüz minlər mənimsənilib. Və hər kəsə də deyir ki, dalımda TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun müavini Araz Nəsirov dayanıb. Məlumat üçün qeyd edək ki, Araz Nəsirov 2018-2022-ci illər ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Strateji təhlil departamentinin rəhbəri olub, hazırda TƏBİB-in icraçı direktorunun müavinidir.

Sözün qısası, Sumqayıt şəhər səhiyyəsinin başına oyunlar açan Səkinə Sadıxovanın həbsi qaçılmazdır. //gundelik-baku.com//





Paylaş:


Müəllif : Tarix:
9-05-2023, 11:47
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər