reklam
Regionxeberlericom.az » Gündəm » Xəstəxananın baş həkimi Baş prokurora şikayət edəni HƏDƏLƏDİ - ÖZBAŞINALIQ!

reklam

Xəstəxananın baş həkimi Baş prokurora şikayət edəni HƏDƏLƏDİ - ÖZBAŞINALIQ!








Cəlilabad rayon sakini, I Vətən müharibəsinin iştirakçısı, qazi atası Təhməzov Çingiz Fərrux oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının baş həkimindən narazıdır:

"Mən, Təhməzov Çingiz Fərrux oğlu, yazaraq sizdən xahiş edirəm ki, bizim problemimizi işıqlandırıb.

Deməli, mən bu şikayəti tək öz adımdan yazsam da, bütün rayon camaatı bu xəstəxanadan narazıdır. İnanın ki, Cəlilabad Mərkəzi Xəstəxanasında baş verən qanunsuzluqlar bəlkə də heç bir xəstəxanada yoxdur. Baş həkim Elnur Azadxanov hətta yoxlamaların belə, qanunla aparılmasına əngəl olur.

Bu xəstəxanada heç bir avadanlıq yoxdur, dərmanlar xəstələrə verilmir. Məsələ ilə əlaqədar Baş prokuror Kamran Əliyevin qəbulunda oldum, onu məlumatlandırdım. Prokurorun tapşırığı ilə yenidən xəstəxanaya qayıtdım. Bu zaman baş həkim və bir neçə həkim yoldaşı tərəfindən döyülüb, təhqir olundum. Xəstəxananın baş həkimi mənə bildirdi ki, sənə burda dərman da verilməyəcək, müalicə də olunmayacaqsan, get, Kamram Əliyev səni müalicə etdirsin.

Kamera görüntülərində döyülməyim haqda faktlar var.

Rayon sakinləri olaraq bu haqsızlıqlardan bezmişik. Hüquq-mühafizə orqanları yoxlama göndərən zaman, niyə fikirləşmirlər ki, bütün kənd sakinləri yalan deyə bilməz axı.

Xahiş edirik, səsimizin yuxarılara çatması üçün bizə dəstək olun".

Şikayətçinin redaksiyamıza göndərdiyi video müraciəti olduğu kimi oxuculara təqdim edirik:

videoya baxmaq üçün bura tıklayın...

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq. //Hurriyyet.az//





Paylaş:


Müəllif : Tarix:
22-05-2023, 11:36
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər