reklam
Regionxeberlericom.az » Gündəm » `Azərqaz`ın Naxçıvandakı işçiləri 2 dəfə AZ MAAŞ ALIR... - NARAZILIQ VAR!

reklam

`Azərqaz`ın Naxçıvandakı işçiləri 2 dəfə AZ MAAŞ ALIR... - NARAZILIQ VAR!








Naxçıvan MR Qaz İstismar Xidməti İdarəsinin işçiləri SOCAR-ın onlara qarşı ayrıseçkiliyindən şikayətçidirlər. İşçilərinin bildirdiyinə görə, onların aldıqları maaş Azərbaycanın digər bölgələrindəki həmkarlarından təxminən iki dəfə azdır. Bundan əlavə, Naxçıvandakı işçilər həm mükafatdan, həm də 13-cü maaşdan məhrumdular.

Şikayətçilərdən N. Rəşidov “Gündəlik Naxçıvan”a bildirir ki, onları bəzən istirahər günləri də işləməyə məcbur edirlər:

“Uzun illərdir bu idarədə işləyirəm, dərəcəm də var. Lakin maaşlar artmır. Bakıda eyni işdə işləyənlər 650 manatdan yuxarı maaş alırlar. Bizim maaşlar isə, dərəcəyə görə 360-390 manat arası dəyişir. Onlara tez- tez 100 manat mükafat yazılır, hətta 13-cü maaş da verilir. Bizim maaşlar isə iki dəfə azdır, mükafat da yazılmır. Bundan əlavə, bəzən istirahət və bayram günləri də işlədirlər. Naxçıvandakı işçilərə qarşı bu ayrı seçkiliyi başa düşə bilmirik. Blokada vəziyyətində olduğumuzu üçün əslində bizə diqqət göstərilməlidir. Bunun tam əksinə olaraq, bizi daha da əzirlər”.

Digər şikayətçi S. Bayramov isə deyir ki, maaşların azlığı ilə bağlı dəfələrlə aidiyyatı qurumlara müraciət etsələr də, nəticəsi olmayıb:

“Qiymətlər artır, başqa idarə və müəssisələrdə maaş artır, bizim maaşlar,artmır. İllərdir bu cür davam edir. Dəfələrlə yuxarı qurumlara müraciət etmişik. İlllərdir bizi aldadırlar ki, yaxında artacaq. İdarə gəlirlə işləməsə maaşların artırlımamasını başa düşə bilərik. Axı, bu idarə gəlirlə işləyir. Azərbaycan qaz ixrac edən ölkədir. Milyardlrala bu idarəyə gəlir gəlir. Gəlirlə işləməsinə baxmayaraq işçinin maaşını niyə artırmırla?”





Paylaş:


Müəllif : Tarix:
22-05-2023, 12:38
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər