Vilyam Hacıyevin 5 milyonluq əmlakı ilə bağlı yekun qərar
İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin kasasiya şikayəti üzrə məhkəmə başa çatıb.
Onun müsadirə olunmuş əmlaklarının qaytarılması ilə bağlı etdiyi müraciətə sonuncu instansiya olan Ali Məhkəmədə baxılıb.
Qərara əsasən, əvvəlki instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb. Bununla da sabiq icra başçısının 5 milyon 344 min manatlıq əmlakının müsadirəsi və dövlət nəfinə keçirilməsi ilə bağlı bütün məhkəmə prosesləri bitmiş olub.
Xatırladaq ki, Vilyam Hacıyev vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, təkrar rüşvət alma, vəzifə saxtakarlığında ittiham olunub. O, 2020-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.
Sabiq başçının xidməti otağı və yaşadığı ünvanlardan mənimsənilmiş pulların məbləğlərinə dair qeydlər və qablaşdırılaraq saxlanılan vəsaitlər aşkar edilib. O, məhkəmədə həmin pulların ailəsindən miras qaldığını bildirib.
Paylaş:
Müəllif : Yazar
Tarix:24-05-2023, 12:32
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər