"Rusiyanı itirə bilərik" - "Vaqner"in rəhbəri
"Biz indi elə bir vəziyyətdəyik ki, sadəcə olaraq Rusiyanı itirə bilərik".
Bunu "Vaqner" PMC-nin rəhbəri Yevgeni Priqojin Konstantin Dolqova müsahibəsi zamanı deyib.
Priqojin bildirib ki, ölkəni itirməmək üçün onlar hərbi vəziyyət tətbiq etməlidirlər, yeni səfərbərlik dalğaları elan etməlidirlər və mümkün olan hər kəsi sursat istehsalına keçirməlidirlər:
"Biz həyat şərtlərimizi sadələşdirməli, yeni yollar, yeni infrastruktur obyektləri tikməyi dayandırmalı və ancaq müharibə üçün işləməliyik. Rusiya bir neçə il Şimali Koreyanın timsalında yaşamalı, bütün sərhədləri bağlamalı, sentimentallığı dayandırmalı, bütün gənc oğlanları ölkəyə qaytarmalıdır. Bundan sonra hansısa nəticəyə gələcəyik".
Həmçinin, Priqojin Ukrayna ordusu haqqında da danışıb:
"Bu gün "Vaqner" PMC dünyanın ən yaxşı ordusudur. Təbii ki, nəzakət üçün bildirməliyəm ki, növbəti güclü ordu Rusiya ordusudur, amma mən hesab edirəm ki, ukraynalılar bu gün ən güclü ordulardan biridir. Onların yüksək təşkilatçılıq səviyyəsi, yüksək hazırlıq səviyyəsi, yüksək intellekt səviyyəsi var, müxtəlif silahlara malikdirlər. İstənilən sistemdə - Sovet, NATO - eyni dərəcədə uğurlu işləyirlər".
Paylaş:
Müəllif : Fuad
Tarix:24-05-2023, 12:47
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər