reklam
Regionxeberlericom.az » Gündəm » Göygöldə sel: 2 nəfərin meyiti tapıldı

reklam

Göygöldə sel: 2 nəfərin meyiti tapıldı















İntensiv yağan yağışlara görə Göygöl rayonu Topalhəsənli kəndi ərazisində sel daşqını baş verib. Nəticədə kəndin içindən keçən və rayonla bir neçə kəndi birləşdirən yolda nəqliyyatın hərəkətində məhdudiyyətlər yaranıb.

Bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.

“Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları digər qurumlarla birlikdə kənd ərazisinə gələrək təxirəsalınmaz tədbirlər həyata keçirib, nəqliyyatın hərəkəti bərpa edilib.

İlkin məlumata görə, hadisə nəticəsində 2 nəfər yüngül xəsarət alıb, bir neçə avtomobilə maddi ziyan dəyib. Hazırda polis əməkdaşları hadisə yerindədir, araşdırmalar davam etdirilir”, - E. Qasımovun ötən gecə yaydığı məlumatda bildirilib.

Daha sonra o, polis əməkdaşlarının köməkliyi ilə Gəncə şəhər sakinləri V. Həziyev, T. Məmmədova və V. Həziyeva çay axınından xilas edilməsi, müxtəlif yüngül bədən xəsarətlərinə ilkin yardım göstərilməsi barədə məlumat yayıb.

Baş inspektor bu gün səhər Göygöldəki sel axınına 2001-ci il təvəllüdlü İbrahim Qurbanovun düşməsi barədə məlumat verib və həmin şəxsin yerinin müyyən olunması istiqamətində axtarış işlərinin davam etdirildiyini bildirib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun yaydığı sonuncu məlumata əsasən, səhər saatlarında Gəncə çayının Gəncə şəhərindən keçən hissəsində Gəncə çayında baş vermiş sel axınına düşərək itkin düşmüş 1954-cü il təvəllüdlü Muxtar Hüseynov və 2001-ci il təvəllüdlü İbrahim Qurbanovun meyiti tapılıb.

“Hər iki nəfərin meyiti çıxarılaraq müvafiq ekspertizaya təqdim edilib. Araşdırmalar davam etdirilir”, - məlumatda deyilir.




Paylaş:


Müəllif : Tarix:
26-05-2023, 09:22
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər