reklam
Regionxeberlericom.az » Gündəm » Yasamal Bələdiyyəsi sədrinin keçmişi ilə parlaq karyerası arasında nə kimi təzadlar var

reklam

Yasamal Bələdiyyəsi sədrinin keçmişi ilə parlaq karyerası arasında nə kimi təzadlar var

















Elektron mediada və sosial şəbəkələrdə Yasamal sakinlərinin rayon Bələdiyyəsinin fəaliyyətsizliyi ilə bağlı vaxtaşırı şikayətlər yayılır. Sakinlər daha çox rayon ərazisindəki küçə və məhəllərdəki baxımsızlıqlardan narazı olduqlarını bildirir, həmçinin Yasamal bələdiyyəsində onların müraciətlərinə baxılmadığını iddia edirlər.

Məlum olduğu kimi bələdiyyələrin funksiyalarından biri də yerli əhəmiyyətli problemlərin həllinə dövlətin iştirakı və rolu olmadan müstəqil sürətdə və yerli resurslar vasitəsilə nail olmaqdir. Belə olan halda Yasamal rayon Bələdiyyəsi sakinlərin üzləşdiyi problemləri nə üçün həll etmir. Vəsait çatışmazlıqlarından söhbət belə gedə bilməz. Çünki, hər il vergiyə cəlb olunan hüquqi, fiziki şəxslərdən və rayon sakinlərindən qanunvericiliyə uyğun olaraq vəsaitlər toplanır. Amma bu vəsaitlərin hara xərcləndiyini heç kim bilmir.

Əldə etdiyimiz məlumatlara görə Yasamal rayon Bələdiyyəsi hər ilə küçə və məhəllərin abadlaşdırılması işlərinə yüz minlərlə vəsait ayrılır. Vəsaitlər mal-materialların alınması, təmir-tikinti, abadlıq işlərinin görülməsi adı altında şişirdilmiş qiymətlərlə müxtəlif şirkətlərin hesabına köçürülür və saxta sənədlər tərtib etməklə nağdlaşdırılır. Yəni, işlər qanunla müəyyən edilmiş qaydada, heç bir satınalma təşkil olunmadan həyata keçirilir. Bələdiyyə tərəfindən dövlət satınalması təşkil olunmadığından, görülən işlərin həcmi də, alınan mal-materialların qiymətləri də süni şəkildə şişirdilir. Bütün bu qanunsuzluqların başında isə bələdiyyə sədrinin durduğu bildirilir.

Kimdir Yasamal rayon Bələdiyyəsinin sədri?

Məmmədov Tahir İlyas oğlu. 1969-cu ildə anadan olub. 1977-1987-ci illərdə Hövsan qəsəbəsində orta təhsil alıb. 1998-2003-cü illərdə Gürcüstan Dövlət Kənd Təsərrüfatı Universitetində hüquqşünas ixtisası üzrə təhsil alıb. 2004-cü ildən Qaraçuxur Bələdiyyəsinə üzv seçilərək, hüquq məsələləri daimi komissiyasının üzvü olub. 2009-cu ildə yenidən Qaraçuxur Bələdiyyəsinə üzv seçilib. 2010-2014-cü illərdə Qaraçuxur Bələdiyyəsinin sədri vəzifəsində çalışıb. 17 yanvar 2020-ci il tarixindən Yasamal rayon Bələdiyyəsinin sədri vəzifəsinə seçilib.

Əldə etdiyimiz məlumatlara görə Tahir Məmmədovun karyerasındakı bu yüksəliş qardaşı Mais Məmmədovun sayəsində olub. Mais Məmmədov artıq 30 ilə yaxındır ki, Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəis vəzifəsində çalışır. Bu müddət ərzində elə Bakı şəhərində də, Suraxanı rayonunda da bir neçə İcra başçı dəyişsə də Mais Məmmədov vəzifəsində qalıb. Bu müddət ərzində Mais Məmmədov üzdə olmayan, amma böyük kapital sahibinə çevrilib ki, bu ayrı məqalənin mövzusudur. Çox güman ki, Tahir Məmmədovun karyerasındakı yüksəliş də böyük qardaş Mais Məmmədovun şəxsi əlaqələri hesabına düz-qoş edilib. Bunu Yasamal rayon Bələdiyyəsi sədrinin tərcümeyi-halından da görməmək olmur.

Tahir Məmmədov karyerasına fəhləlikdən başlayıb. Sonra Gürcüstan Dövlət Kənd Təsərrüfatı Universitetində hüquqşünas ixtisası üzrə təhsil alıb. Sonra bələdiyyə üzvü, daha sonra sədr olub. Karyerasına fəhləliklə başlayaraq ali təhsil alan, dövlət məmuru olan minlərlə belə insan var. Lakin burada Tahir Məmmədovun aldığı ixtisas şübhə doğurmaya bilmir.

Vikipediyada Universitet haqqında yerləşdirilmiş məlumatlarda göstərilir ki, 1970-ci ilə qədər Gürcüstan Dövlət Kənd Təsərrüfatı Universitetində bu fakultələr olub: aqronomluq, bağçılıq, üzümçülük və kənd təsərrüfatı texnologiyaları, ipəkçilik, iqtisadiyyat, məşə təsərrüfatı, mexanizasiya və kənd təsərrüfatının elektrikləşdirilməsi və kənd təsərrüfatı mütəxəssislərinin yenidənhazırlanması. Hazırda isə Universitet Aqronomluq, Biologiya, Kimya, Qida Emalı Texnologoiyası, Meşə Təsərrüfatı, Üzümçülük və Genologiya, İnşaat Mühəndisliyi, Elektrik və Kompüter Mühəndisliyi, Mexanika Mühəndisliyi, Biznesin idarə edilməsi, Liberal incəsənət kimi bir sıra müasir fakultələrdə   bakalavr təhsili verir.

1999-cu ildə ali təhsil müəssisəsi Gürcüstan Dövlət Zoologiya və Veterinariya Akademiyası adını alıb. 2003-cü ildən Gürcüstan Dövlət Zoologiya və Veterinariya Universiteti olub. 2011-ci ildən Gürcüstan Aqrar Universiteti adını daşıyır.

Tahir Məmmədovun tərcümeyi-halında isə göstərilir ki, 1998-2003-cü illərdə Gürcüstan Dövlət Kənd Təsərrüfatı Universitetində hüquqşünas ixtisası üzrə təhsil alıb. Vikipediya məlumatlarından göründüyü kimi  Universitet 1999-cu ildə Gürcüstan Dövlət Zoologiya və Veterinariya Akademiyası , 2003-cü ildə isə Gürcüstan Dövlət Zoologiya və Veterinariya Universiteti kimi fəaliyyət göstərib. Göründüyü kimi Tahir Məmmədovun tərcümeyi- halında göstərilən tarixlərdə Gürcüstanda Kənd Təsərrüfatı Universiteti olmayıb. Oxumuş olsaydı Tahir Məmmədov Gürcüstan Dövlət Kənd Təsərrüfatı Universitetindən deyil, Gürcüstan Dövlət Zoologiya və Veterinariya Akademiyasından diplom almış olardı. Apardığmız ətraflı araşdırmada Universitetdə ümumiyyətlə hüquqşünaslıq fakultəsinin olmadığı məlum oldu. Maraqlıdır, onda Tahir Məmmədov Gürcüstan Dövlət Kənd Təsərrüfatı Universitetində hüquqşünaslıq ixtisasına necə yiyələnib. Göründüyü kimi Tahir Məmmədovun keçmişi ilə parlaq karyerasının arasında böyük bir təzad var.

Bəlkə elə 90-cı illərdə Gürcüstan Universitetlərinin dəb halını almış diplomlarını bir çoxları kimi Tahir Məmmədov da satın alıb. Hər halda ətraflı araşdırmağa dəyər. Bunun üçün Gürcüstan Aqrar Universitetinə bir sorğu göndərmək kifayət edər.

Aktualinfo.org


 




Paylaş:


Müəllif : Tarix:
26-05-2023, 12:19
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər