Azərbaycanlı milyarderə məxsus bazarda YANĞIN
Moskvanın “Sadovod” bazarında yanğın baş verib.
Bu barədə “112” teleqram kanalı məlumat yayıb. Bildirilir ki, yanğın bazarın binasının 3-cü mərtəbəsində yerləşən 3 köşkdə baş verib.
Hadisənin səbəbi hələlik açıqlanmayıb.
Kanal “Sadovod”un içindən görüntülər yayıb. Videodan da görünür ki, satıcılar təşviş içində kisə malları çıxarırlar.
Ölən və ya xəsarət alanların olub-olmadığı hələlik məlum deyil.
Qeyd edək ki, “Sadavod” bazarı Azərbaycan əsilli milyarderlər Qod Nisanov və Zarah İliyevin sahib olduğu “Kiyevskaya Ploşad” şirkətinin balansındadır. MDAY (Moskva Dairəvi Avtomobil Yolu) kənarında yerləşən bazar Rusiyanın ən iri topdan-pərakəndə satış mərkəzlərindən sayılır. Bir müddət əvvəl də adı çəkilən bazarda yanğın hadisəsi olmuşdu.
Paylaş:
Müəllif : Yazar
Tarix:27-05-2023, 17:32
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:27-05-2023, 17:32
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 12:52
Dünən, 12:39

Qəbələnin icra başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB