Oqtay Gülalıyevin səhhətində irəliləyiş var, amma... - həyat yoldaşı ÇAĞIRIŞ ETDİ
"Allaha şükürlər olsun ki, Oqtay bəyin vəziyyətində gerilmə yoxdur, əksinə, irəliləyiş var".
Bu sözləri Cebhe.info-ya açıqlamasında hüquq müdafiəçisi Oqtay Gülalıyevin həyat yoldaşı Firuzə Gülalıyeva deyib.
O bildirib ki, hazırda Oqtay Gülalıyevin əlində, ayağında irəliləmə, tərpənişlər var, yemək yeyə bilir:
“TƏBİB-dən psixoterapevt həkim göndərildi ki, Oqtay bəy müayinə olunsun. O təyin etdi ki, loqoped və psixoloq lazımdır. Çünki az da olsa, irəliləmə varsa, bunlar olmalıdır. Həkim 2 aydır ki, təyin edib, amma hələ də göndərilməyib, bir xəbər yoxdur. Söhbət etməsi, danışması üçün isə loqoped və psixoloq lazımdır. Ümid edirəm, sizin vasitənizlə məsələyə baxılar".
Xatrladaq ki, Oqtay Gülalıyev 29 oktyabr 2019-cu ildə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində kəllə-beyin travması alıb və bir neçə saatdan sonra komaya düşüb. Əməliyyat yalnız növbəti gün həyata keçirilib və mütəxəssislərin rəyinə görə, bu müddətdə beyinə qan sızması artıb. 2019-cu il noyabrın 5-də Heydər Əliyev Fondunun dəstəyi ilə müalicəsini davam etdirmək üçün Türkiyənin İstanbuldakı Avrasiya Klinikasına yerləşdirilib. Noyabrın 20-dən onun müalicəsi İstanbuldakı Amerika Xəstəxanasında davam etdirilib. Gülalıyev 2020-ci il noyabrın 8-də Türkiyədən Bakıya gətirilib. Onun müalicəsi ev şəraitində davam etdirilir.
2021-ci il yanvarın 25-də Bakının Nəsimi Rayon Məhkəməsi Oqtay Gülalıyevin səhhətinə ciddi ziyan vurmuş sürücü Kənan Abdullayevi 2 il 3 ay müddətinə azadlıqdan məhrum edib. Məhkəmə onu Cinayət Məcəlləsinin 263.1.-1- ci maddəsilə (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıq üzündən zərərçəkmiş şəxsin sağlamlığına ağır ziyan vurduqda) təqsirli bilib. Bundan əlavə, Abdullayev üç il müddətinə avtomobil sürmək hüququndan məhrum edilib.
Paylaş:
Müəllif : Yazar
Tarix:31-05-2023, 16:17
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər