reklam
Regionxeberlericom.az » Gündəm » Ramiz Zeynalov artıq yeni komanda üçün əlverişli deyil... - Bütün parametrlərdə BU BELƏDİR...

reklam

Ramiz Zeynalov artıq yeni komanda üçün əlverişli deyil... - Bütün parametrlərdə BU BELƏDİR...









Zeynalov Ramiz Məhəmmədəli oğlu 1951-ci il fevralın 19-da Tovuz rayonunun Qovlar qəsəbəsində anadan olmuşdur. 1968-ci ildə Qovlar qəsəbəsi orta məktəbini, 1973-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (indiki ADİU), 1985-ci ildə isə SSRİ Daxili İşlər Nazirliyi Polis Akademiyasının Rostov filialını bitirmişdir.

Əmək fəaliyyətinə 1973-cü ildə Dövlət Plan Komitəsinin Elmi-Tədqiqat İqtisad İnstitutunda elmi işçi kimi başlamışdır. 1974–1975-ci illərdə sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. 1975-ci ildən yenidən həmin institutda fəaliyyətini davam etdirmişdir.

1976-cı ildə daxili işlər orqanlarında işə qəbul edilmişdir. 1976-cı ildən Azərbaycan SSR Daxili İşlər Nazirliyində inspektor, Cinayət Axtarışı İdarəsində əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili, bölmə rəisi, şöbə rəisi, Baş Nəqliyyat Polis İdarəsi rəisinin əməliyyat üzrə müavini, həmin idarənin rəisi, 1994-cü ildə isə Azərbaycan Respublikası DİN Xüsusi İnspeksiyasının rəisi vəzifələrində çalışmışdır. 1994-cü ilin avqust ayından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisidir. Ailəlidir, 1 övladı var.

UluTv.info xəbər verir ki, Post media qrupu tərəfindən hazırlanmış və yayımlanmış məqalələrə nəzər saldıqda həqiqəti inkar edilməsi mümkünsüzdür. İllərdir vəzifədə olan Ramiz Zeynalov "Klan" formasında kök salması reallıqdır. R.Zeynalovun vəzifədə olduğu illər ərzində DYP orqanında heç bir yeniliyə nail olunması mümkün olmayıb. Məhz Daxili İşlər Naziri Vilayət Eyvazovun təşəbüsü ilə DYP əməkdaşlarının əməllərinə hüquqi qiymət verilməsi və o cümlədən onların fəaliyyətlərində qeyri qanuni hərəkətlərə tam olaraq nəzarət edilməsi yönündə işlər görüldü. Nəyinki DYP Daxili işlər Nazirliyinin atributların daşıyan hər kəsin hərəkət və addımlarına bu gündə tam nəzarət edilir. Lakin buna baxmayaraq qeyri qnauni yollarla varlanmaq istəyən, illərlə kök salmış şəxslər gənc kadrları da virusa yoluxdurmaqdadır desək yanılmarıq. Video görüntülərdə izahlı şəkildə hər şey deyilsədə bəzi məqamlar kənarda qalmışdır. DYP əməkdaşları içkili şəxslərə qarşı amansız olacağı məqamda amansızlığı hörmət izzətlə əvəzlənməsi isə faktdır. DYP yüksək çinli və inspektorların şəxslərin cəzasız qalmasına şərait yaratmasına görə qiymətlər videoda qeyd edilməyib. Qiymətlər şok rəqəmlərlə gündəmdən düşmək bilmir. Nəqliyyat vasitələrinin qeydiyyata on qat qiymətə qoyulması, nəqliyyatın öz qiyməti qədər qeydiyyata pul tələb edilməsi bunlar hamısı cəmiyyətimizin tam bildiyi və qəbulana bilmədiyi məsələlərdir. 72 yaşlı Genral qanunda içkili şəxslərin 400-450 azn qiymətində cərimə və ya sürücülük hüququndan məhrum etmə nəzərdə tutulduğundan xəbərsiz deyil ki? cəzlandırlması nəzərdə tutulan qanun isə deaktiv halda işləməkdədir. Cəzadan kənar qalan şəxslər rüşvət hesabına qanun önündən deyil arxasından keçməyə DYP əməkdaşlarının tamahı ucbatından nail olurlar. Çünki həmin şəxslərə protokol belə tərtib edilmədən 800-1200 arası qiymətlə şəxs cəzadan yayınır. Bu rəqəmlər hər gün yüzlərlə sürücü cəzasız qalır. Məsələdən tam agah olmaq istəyənlər əsas video görüntülərə tam olaraq qulaq asa bilər.

Həmçinində qeyd edək ki, mediada bu barədə çox yazılıb lakin tam hər şeyin izahı zamanı media qurumlarından yazılar hansı səbəbdən nəyin qarşılığında silinməsi isə müəammaya dönüb. Kimlər hansı yollarla nəyin qarşılığında qeyd edilmiş məqalələrin silinməsinə nail olması ilə bağlı gələn yazımızda oxuya bilərsiniz.

UluTv.info




Paylaş:


Müəllif : Tarix:
1-06-2023, 11:13
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər