reklam
Regionxeberlericom.az » Gündəm » Abid Qafarov azadlığa buraxıldı

reklam

Abid Qafarov azadlığa buraxıldı

















“Bakı Birlik Təşkilatı” İctimai Birliyinin sədri və “Youtube”da fəaliyyət göstərən “KimTV” kanalının aparıcısı Abid Qafarov azadlığa buraxılıb.

Bu barədə onun yaxınları sosial şəbəkələr vasitəsilə məlumat yayıblar.

Bildirilir ki, Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə, A. Qafarova Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə bəraət verilib, eyni məcəllənin 148-ci ( təhqir) maddəsi üzrə isə nəzərdə tutulmuş cəza müddəti başa çatdığı üçün o, məhkəmə zalından birbaşa azadlığa buraxılıb.

Qeyd edək ki, A. Qafarov 13 iyulda Yasamal Rayon Məhkəməsində hakim Rauf Daşdəmirovun sədrliyilə çıxarılan hökmə əsasən, Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələrilə təqsirli bilinib. Hər bir maddə üzrə ona 6 ay həbs cəzası təyin edilib. A. Qafarova qarşı məhkəmədə xüsusi ittiham qaydasında iddia qaldıran 7 nəfər müharibə veteranından 4-ü sonradan şikayətini geri götürüb. Digərləri isə ərizədə iddia edib ki, Abid Qafarov qaziləri təhqir edib, onları “müti” adlandırıb. A. Qafarov isə bu iddianı əsassız sayıb. O, həbsindən öncə məhkəmənin binası qarşısında jurnalistlərə açıqlamasında bildirib ki, çıxışında qaziləri təhqir etməyib, kimsənin adını çəkməyib. Əksinə, müharibə iştirakçılarının hüquqlarının pozulmamasıyla bağlı istəyini dilə gətirib. O hesab edir ki, "Tərtər hadisələri" ilə bağlı araşdırmalarına görə cəzalandırılır və bu məqsədlə qazilərdən istifadə olunur.




Paylaş:


Müəllif : Tarix:
1-06-2023, 11:14
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər