reklam
Regionxeberlericom.az » Gündəm » Pensiya məsələsi deputatları parçaladı: yaş senzi 70-ə qaldırılacaq? - Açıqlama

reklam

Pensiya məsələsi deputatları parçaladı: yaş senzi 70-ə qaldırılacaq? - Açıqlama


























Təqaüd yaşı ilə bağlı mövzu yenidən gündəmə gəlib.




Belə ki, Milli Məclisin üzvü Musa Quliyev dövlət büdcəsindən maliyyələşən işçilərin yaş senzinin 70-ə qaldırılmasını təklif edib.

O bildirib ki, bu təklif qəbul edilərsə, qanun layihəsi hazırlanıb payız sessiyasında qəbul edilə bilər.


Bəs, bu təklif qəbul olunacaqmı? Yaş senzinin qaldırılması təklifi necə əsaslandırılır?




Məsələ ilə bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsi sədrinin müavini Məlahət İbrahimqızı Bakupost.az -a açıqlama verib.


O, təklifin qəbul edilməsi ilə bağlı problem olmayacağını qeyd edib:


“Təqaüd yaşı ilə bağlı müxtəlif yanaşmalar var. Parlamentin iclasında Musa müəllim qeyd etdi ki, büdcədən maliyyələşən qurumlarda çalışanların, xüsusilə təhsil və tibb işçilərinin təqaüd yaşını 65-dən yuxarı qaldırmaq lazımdır. Lakin Tahir Kərimli qadınların yaşının 59, kişilərin isə 63 olmasını təklif etdi. Bu yanaşmaları əsaslandımaq lazımdır. Dünyada əvvəlki 20-30 ilə nəzərən uzunömürlülük müşahidə olunur. Bunu elmi tədqiqatlar, statistika sübut edir. Ona görə də bu təklifin qəbul edilməsində problem olmayacağını düşünürəm”.


Millət vəkili səhiyyə və təhsil işçilərinin yaş senzinin artırılmasını daha məqsədəuyğun hesab edir:


"Tibb elmi təkcə nəzəriyyədən ibarət deyil. Həkim gərək xətəlikləri görsün, müşahidə etsin, təcrübət toplasın. Məsələn, koronavirus zamanı sağlam insanlar belə öldü. İndiyə qədər dünyada və Azərbaycanda hansı həkim COVID-19 xəstəliyini görmüşdü? Lkain pandemiya zamanı onlar təcrübə topladı. Digər xəstəliklərlə bağlı ixtisaslaşmış həkimlərimiz də var. Onların təcrübələrindən istifadə etmək lazımdır. Lakin onları 65 yaşı tamam olan kimi işdən çıxarırlar. Adam ad gününü keçirməyə peşiman olur. Müəllimlərdə də belədir. Universitetlərdə, Elmlər Akademiyasında 80 yaşa qədər müəllimlər işləyə bilir. Lakin orta məktəblərdə 65 yaşı olan kimi çıxmalıdır. İnsan professor ola bilər, professor isə pedoqoq ola bilmir. Orta məktəbdə işləyən müəllimlər də pedoqoqdurlar. Onlar insan, uşaq mühəndisləridir. Ona görə də, xüsusilə təhsil və tibb işçilərini 65 yaşına çatan kimi mütləq işdən çıxarmaq düzgün deyil”.


M.İbrahimqızı bildirib ki, insanlar birdən-birə işdən çıxdıqda müəyyən problemlər də yaşaya bilər:


“Bəzi Avropa ölkələrində, məsələn, Fransada dövlət pensiya yaşını qaldırdı. Əhali isə buna qarşı çıxdı, aksiyalar keçirdi. Yaponiyada isə əksinə, ictimaiyyət yaş senzinin qaldırılmasını tələb etdi. Bu da bir elmi araşdırmanın nəticəsidir ki, insan uzun müddət işlədikdən sonra işdən çıxdıqda problemlərlə üzləşir. Çünki 30 il kollektivlə işləyir, sonra pensiya yaşı çatdıqda işdən çıxır, birdən-birə ev mühitinə uyğunlaşa bilmir”.




Millət vəkili Aqil Abbas isə Bakupost.az-a bu təklifin qəbul edilməyəcəyini bildirib:

“Elə bir şey ola bilməz. Yaş senzini 70-ə qaldıra bilməzlər. Nə dövlət başçısı, nə də parlament buna razı olmayacaq. Musa müəllim də bunu sadəcə, təklif kimi irəli sürüb. Qəbul ediləcəyinə inanmıram”.


Qeyd edək ki, Əmək Məcəlləsinə əsasən, Azərbaycanda dövlət büdcəsindən maliyyələşən idarələrdə çalışan vətəndaşlar üçün yaş senzi 65 yaş həddində müəyyən edilib.

Bu yaşa çatan şəxslərin dövlət qulluğunda olma müddəti hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Buna isə yalnız 5 il icazə verilir.

Lakin bu qərar vətəndaşların etirazına səbəb olub. İşləmə bacarığı olan insanlar 65 yaşı olan kimi işdən azad olunmanı doğru hesab etmir.




Paylaş:


Müəllif : Tarix:
5-06-2023, 14:51
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər