reklam
Regionxeberlericom.az » Gündəm » Müharibə iştirakçısı: “Qaraciyəri anam verir, amma köçürülmə üçün hospital 50 min manat istəyir”

reklam

Müharibə iştirakçısı: “Qaraciyəri anam verir, amma köçürülmə üçün hospital 50 min manat istəyir”















"Əgər müharibədə bu xəstəliyi tapmamışamsa, mən yoxlananda niyə sağlam çıxdım və müharibəyə aparıldım?"

İkinci Qarabağ Müharibəsi iştirakçısı Səyyaf Əsədov müharibə dövründə sağlamlığında problemlər yarandığını, daha sonra qaraciyər serrozundan əziyyət çəkdiyini öyrəndiyini bildirir.

O deyir ki, həkimlər qaraciyər köçürülməsinə ehtiyac olduğunu vurğulayıb. Əməliyyat üçün isə 50 min manat lazımdır. Müharibə iştirakçısı deyir ki, bu qədər pulu yoxdur, dövlət qurumları da sağlamlığını bərpa etmək üçün ona kömək etmirlər.

“Müharibə vaxtı burnumdan qan gəldi, əvvəl fikir vermədim, sonradan halım pisləşdi, məni Gəncə Hərbi Hospitalına apardılar. Onlar qəbul etmədi, Bakıda Silahlı Qüvvələrin Baş Klinik Hospitalına gətirdilər. Orada dedilər ki, talassemiyasan, tərxis olunmalısan. Ancaq yenə döyüş üçün Zəngilana apardılar, oradan da Laçına. Bir az keçdi, orada da halım pisləşdi, Füzuiliyə, hospitala apardılar. Orada dedilər ki, sən buranın xəstəsi deyilsən, Bakıya aparılmalısan. Müharibədən sonra dekabrın 7-də prezidentin fərmanı ilə digər bir qrup əsgərlərin içində mən də tərxis olundum”.

Səyyaf Əsədov deyir ki, tərxis olunduqdan sonra məlum olub ki, ona qoyulan diaqnoz yanlışdır. Onun sözlərinə görə, diaqnoz dəyişilsə də, arayışda qeyd olunub ki, səhhətindəki problem xidmət vaxtı yaranmayıb:

“Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutuna gedib-gəlirdim. Orada yoxlayıb dedilər ki, sən qan xəstəsi deyilsən, qaraciyər serrozusan. Silahlı Qüvvələrin Baş Klinik Hospitalına gedib dedim ki, "mən qan xəstəsi deyiləm axı, niyə səhv diaqnoz qoymusunuz?" Bundan sonra diaqnozu dəyişib "qaraciyər serrozu" yazdılar, amma onu da qeyd etdilər ki, bu, müharibədə olmayıb, ümumi xəstəlikdir. Ümumi xəstəlikdirsə, mən yoxlananda niyə sağlam çıxdım və müharibəyə aparıldım? "Sülh dövrü üçün yararsız, müharibədə məhdud yararlı"yazıb, tərxis etdilər. Evdən xəstə gəlmişdimsə, yoxlayanda evə qaytarardınız. İndi əməliyyat olunmalıyam, 50 min pul lazımdır. Ciyəri anam verir, amma köçürmə üçün Mərkəzi Gömrük Hospitalı 50 min manat istəyir. İndi kənd yerində evimiz var, onu satışa çıxarmışıq. O da kənd evidir, 5-10 min manata satılar, ya yox. Prezidentə, Sosial Müdafiə Nazirliyinə müraciət etmişəm, kömək etmirlər”.

Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov məsələni araşdırıb cavab verəcəklərini bildirsə də, sonradan zənglərə cavab verməyib.

"YAŞAT" Fondundan sorğumuza cavab olaraq bildirilib ki, S. Əsədovun tibbi xərcləri üçün ona 2021-ci ildə 2 500 manat, dərmanları üçün 165 manat ödənilib.

Fond müharibə əlilləri və şəhid ailələrinə yardım etdiyini, S. Əsədova əlilliyin verilmədiyi üçün bu yardımlardan yararlana bilmədiyini bildirib. Fond məsləhət görüb ki, müharibə iştirakçısı qarşılaşdığı problemlə bağlı Səhiyyə Nazirliyinə və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müraciət etsin.

Səyyaf Əsədov Qubadlı, Zəngilan rayonlarının azad olunmasında iştirak edib və buna görə 3 mükafatla təltif olunub.




Paylaş:


Müəllif : Tarix:
8-06-2023, 08:34
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər