“Şapka Mamed” “Türk-Amerikan” klinikasına sahibləndi - Təmizlik işini qanqsterliklə başladı... Həkimi killerlərlə hədələdi
Sosial şəbəkədə tanınmış həkim-psixiatr Abdulla Şıxlinskinin Azərbaycan Sahibkarlar Konfederasiyasının sədri, “şapka Mamed” kimi tanınan Məmməd Qurban oğlu Musayevin “Türk-Amerikan” klinikasını alması, onu qanunsuz olaraq işdən çıxarması və killerlərlə hədələnməsi haqda müraciəti yayılıb.
Tanınmış həkim-psixiatr Abdulla Şıxlinski müraciətində qeyd edir ki, “şapka Mamed” uzun illər Azərbaycanda fəaliyyət göstərən, keyfiyyətli tibbi xidməti ilə tanınan “Türk-Amerikan” klinikasını alıb: “Bundan sonra klinikanın direktoru işdən çıxarıldı, klinikanı tamamilə dağıtmağa başladı.
Klinikaya öz qızını direktor təyin etmiş, işçilərin bir çoxunu, şəxsən mənim özümü qeyri-qanuni olaraq işdən azad etdi. Mən həmin klinikada həkim-psixiatr vəzifəsində işləyirdim. Özü qanunsuz əməllərlə məşğul olan, əvvəllər haqqında bir-neçə dəfə cinayət işi qaldırılmış “şapka Mamed” adı ilə məşhur olan bu adam işçilərdən qanun tələb etməyə başladı. Mənim həkimlik sertifikatımın vaxtının keçdiyini bəhanə edərək, məni işdən azad etdi. Halbuki mən həmin klinikaya işə götürüləndə də, mənim Azərbaycan sertifikatımın vaxtı keçmişdi, lakin mən həmin klinikaya işə girəndə Rusiya Federasiyasında aldığım sertifikatları təqdim etmişdim. Yeri gəlmişkən, qeyd edim ki, mən psixiatriya üzrə Rusiyada fundamental hazırlıq keçmiş həkim-psixiatram, 15 ilə qədər müddətdə Rusiyada məcburi müalicə həyata keçirilən psixiatrik xəstəxanalarda ağır xəstələrlə işləmişəm, hazırda Azərbaycanda heç kimə lazım deyiləm. Lakin Azərbaycan Respublikası Səhiyyə Nazirliyində rüşvətsiz sertifikat almaq mümkün deyil, bunu Məmmədin qızı, ixtisasca həkim olan, hazırda klinikaya rəhbərlik edən Xuraman da deyir. Mən işdən çıxmaq üçün ərizə yazmaq istəmirdim, lakin klinikanın mühasibi və kadr işləri üzrə əməkdaşı Seyrə mənə bildirdi ki, məni onsuz da fiziki olaraq klinikaya buraxmayacaqlar və mən ərizə yazmaqdan imtina etsəm, bu “şapka Məmmədin xoşuna gəlməyəcək, Məmməd adi adam deyil, ətrafında killerlər dəstəsi saxlayır, səni də məhv edər”.
Bu hədə-qorxulardan və klinikada yaranmış vəziyyətdən belə aydın olurdu ki, orada işləmək mümkün olmayacaq.
Məmməd və Xuraman həkimlərin maaş kartlarını özlərində saxlayıb, həmin kartlarla nə dələduzluqlar etdikləri məlum deyil. İşçinin maaş kartı özündə olmalıdır. Bunlar isə kartları alıb özlərində saxlayırdılar. Klinikada həkimlərin qəbulu üçün otaq çatmadığı bir vaxtda Xuraman böyük bir otağı təmir etdirib, özünə əyləncə otağı düzəltdirib. Mənim işdən çıxarkən qanunla almalı olduğum çıxarış vəsaitini mənə verməyiblər. Bəs bu pulu mənə kim verməlidir?”
Həkim şikayətində yazır ki, klinikaya sığorta ilə gələn xəstələrə xidmət göstərilmir: “Pulsuz, xeyirsiz xəstələrdir” deyib başdansovdu yanaşılır. Klinikada həkim-terapevtin otağı axşam 20.00-dan sonra intim əlaqələr üçün görüş otağı kimi istifadə olunur. Mən Xuramandan çıxarış vəsaiti tələb etdikdə, o, mənim ağzımı yummaq üçün yalandan mənə söz verdi ki, mənə sertifikat almaqda kömək göstərəcək, başqa klinikaya işə düzəldəcək, lakin mən kifayət qədər həyat təcrübəsi olan bir insan kimi bu sözlərin hamısının yalan olduğunu bilirdim.”Mən Səhiyyə Nazirliyinə 7000 man pul verib, sənə sertifikat alacağam, pulsuz mümkün deyil”-bu Xuramanın sözləridir. Bir qədər sonra mənə işçilərin birisi vasitəsilə çatdırdı ki, “sertifikat üçün Səhiyyə Nazirliyi 17 min manat pul istəyir, mən onu verə bilməyəcəm, çox baha oldu”-bu Xuramanın sözləridir”.
Psixiatr: “Deyirsən qızın narkomandır, inanmır”
Abdulla Şıxlinski
Həkim şikayətində qeyd edir ki, Azərbaycanda Səhiyyə Nazirliyi bütün səhiyyə sistemini tam nəzarətsiz buraxıb: “Özəl klinikalar indi də bankirlər tərəfindən alınıb-satılır, səhyyə sistemində rüşvət tüğyan edir, həkim sertifikatları pulla satılır. Həkimlərin və xəstələrin taleyini heç kəs fikirləşmir. Səhiyyə “Şapka Mamed” kimi insanların ümidinə qalıb.
Yazıda adı hallanan hər kəsi dinləməyə, mövqeyini yayımlamağa hazırıq.
Paylaş:
Müəllif : Fuad
Tarix:12-06-2023, 08:39
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər