reklam
Regionxeberlericom.az » Gündəm » Ən çox şikayət daxil olan sığorta şirkətlərinin siyahısı açıqlanıb - ADLAR

reklam

Ən çox şikayət daxil olan sığorta şirkətlərinin siyahısı açıqlanıb - ADLAR

Mərkəzi Bank tərəfindən may ayının sonunadək əldə edilmiş məlumatlar əsasında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə “şikayət indeksi” açıqlanıb.

Bankdan verilən məlumata görə, siyahı aşağıdakı kimidir:

"AzSığorta" ASC* 3.82

“Atəşgah Sığorta” ASC 3.53

“İpək Yolu Sığorta” ASC 2.16

"Günay Sığorta" ASC 1.67

"A-Qroup Sığorta" ASC 1.60

"Xalq Sığorta" ASC 1.51

"AtaSığorta" ASC 1.46

"Bakı Sığorta" ASC 1.46

"Azərbaycan Sənaye Sığorta" ASC 1.39

“Azәrsığorta” ASC 0.92

"Meqa Sığorta" ASC 0.55

"Qala Sığorta" ASC 0.40

“Paşa Sığorta” ASC 0.17

"Naxçıvansığorta" ASC** 0.00

Qeyd edək ki, “AZSIĞORTA” ASC-nin könüllü müraciәti әsasında avto-icbari sığorta növünün aparılması üzrә verilәn icazәnin lәğv edilmәsi yolu ilә lisenziyasının qüvvәsi 11 sentyabr 2022-ci il tarixindәn mәhdudlaşdırılıb. Hazırda avto-icbari sığorta üzrә mövcud müqavilәlәrin hüquqi qüvvәsi davam etdiyindәn Şirkәt baş verәcәk sığorta hadisәlәrinin tәnzimlәnmәsini davam etdirir. Bu sәbәbdәn mövcud müqavilәlәr qüvvәsindә qaldığı müddәtdә Şirkәt üzrә şikayәt indeksinin hesablanması aparılacaqdır.

“Naxçıvansığorta” ASC üzrә isə indeks Naxçıvan Muxtar Respublikasının rayonlarına aid olan nәqliyyat vasitәlәrinә münasibәtdә daxil olan şikayәtlәr әsasında hesablanıb.

“İpək Yolu Sığorta” ASC-nin könüllü müraciәti әsasında avto-icbari sığorta növünün aparılması üzrә verilәn icazәnin lәğv edilmәsi yolu ilә lisenziyasının qüvvәsi 24 yanvar 2023-cü il tarixindәn mәhdudlaşdırılıb. Hazırda avto-icbari sığorta üzrә mövcud müqavilәlәrin hüquqi qüvvәsi davam etdiyindәn Şirkәt baş verәcәk sığorta hadisәlәrinin tәnzimlәnmәsini davam etdirir. Bu sәbәbdәn mövcud müqavilәlәr qüvvәsindә qaldığı müddәtdә Şirkәt üzrә şikayәt indeksinin hesablanması aparılacaq.

İndeksin 1.00-dәn aşağı olması hәmin portfel üzrә xidmәt sәviyyәsinin digәr şirkәtlәrlә nisbәtdә yaxşı olduğunu, lakin 1.00-i üstәlәmәsi xidmәt sәviyyәsinin digәr şirkәtlәrә nәzәrәn aşağı olduğunu göstәrir.




Paylaş:


Müəllif : Tarix:
13-06-2023, 10:44
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər