reklam
Regionxeberlericom.az » Gündəm » Direktor qanunları pozaraq özbaşınalıqları ictimailəşdirən blogeri işə götürüb...

reklam

Direktor qanunları pozaraq özbaşınalıqları ictimailəşdirən blogeri işə götürüb...














Xidməti ərazisində kütləvi ağac qırıntıları və meşə ərazilərinin zəbt olunması ilə daim gündəmdə olan Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbərliyi qanunvericiliyin tələblərini kobud şəkildə pozub.

"Arqument.az"a daxil olan məlumata görə, Əmək Məcəlləsinin 70-ci maddəsinin "Ç” bəndi ilə işdən çıxarılan Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin 1 saylı Meşəbəyliyinin meşəbəyisi Məhəmməd Adiyev yenidən işə götürülüb.

Məcəllənin 70-ci maddəsinin "Ç" bəndi işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozulmasını nəzərdə tutur. 

72-ci maddə isə aşağıdakıları halları özündə ehtiva edir:

Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir:

a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi;

b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; [117]

c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması;

ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması;

d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi;

e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi;

ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması;

f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. 

Yəni mövcud qanunvericilik Əmək Məcəlləsinin 70-ci maddənin "Ç" bəndi ilə işdən çıxarılan şəxsin yenidən işə götürülməsini faktiki qadağan edir. Amma Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Nəsimi Nəsibov Məhəmməd Adiyevi işə götürüb. 

Məlumatlarda bildirilir ki, Nəsimi Nəsibov Məhəmməd Adiyevi işə götürməsinin səbəbi ikincinin davamlı olaraq Masallı Regional Meşə Təsərrüfatı Mərkəzində baş verən qanunsuzluqları ictimailəşdirməsinin qarşısını almaq olub. 

Məsələn, Məhəmməd Adiyev cari ilin fevral ayının 20-də Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin xidməti ərazisində kütləvi ağac qırıntılarının olması ilı bağlı məlumat yayıb. 

 Həmin məlumatda bildilirdi ki, Yardımlı rayonunun 2 saylı meşəbəyliyinin 3 saylı dolayı, Göytəpə meşəbəyliyinin 14 saylı dolayında kütləvi qırıntılar var: "Buna baxmayaraq, Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbərliyi kütləvi ağac qırıntılarını ört-basdır etməyə çalışır".

Daha sonra məlumatda qeyd olunur ki, Yardımlı, Masallı və Cəlilabad meşələrinin ərazilərində hazırda qanunsuz ot biçimi aparılır. Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbərliyi meşədəki hektarlarla ərazilərin otunu satır. 

Əslində meşə idarəsinin balansında meşəylə örtülü olmayan ərazilər var ki, bu ildən kəndli qanuni yolla pul ödəyərək həmin ərazilərdən ot biçə bilər. Amma meşəbəyilər ödənilən pulların böyük bir hissəsini dövlətə köçürmürlər. Hər hektara görə minimum 50 manat alınır...

Masallı Regional Meşə Təsərrüfatı Mərkəzində baş verən qanunsuzluqlarla bağlı redaksiyamıza daxil olan məlumatları araşdırmaqda davam edirik. 

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.




Paylaş:


Müəllif : Tarix:
15-06-2023, 08:53
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər