reklam
Regionxeberlericom.az » Gündəm » Əmrullayev NƏDƏN GETMƏLİDİR?.. - Nazirə İSTEFA ÇAĞIRIŞI...

reklam

Əmrullayev NƏDƏN GETMƏLİDİR?.. - Nazirə İSTEFA ÇAĞIRIŞI...








Nazir təyin olunduğu gündən özünüzə islahatçı imici üçün müxtəlif üsullardan istifadə etsəniz də , nəinki hansısa islahata imza ata bildiniz,əksinə təhsil sistemində ciddi narazılıq formalaşdırmısınız.Xatırladırıq ki, bu narazılıq dalğasının mənbəyi hələ siz Təhsil İslahatları İnstitutunda işlədiyi dövrdən başlanıb. Sosial şəbəkələrdə təhsil qruplarına gözucu nəzər salmaq kifayətdir ki, real mənzərəni görəsən. Sizin narazılıq formalaşdırmaq, onsuz da acınacaqlı durumda olan Azərbaycan təhsilinin “fatihəsini” vermək üçün fəaliyyət göstərir. Təhsildə olan bütün günahları binəva müəllimdə görən nazir öz həmkarlarına az qala düşmən münasibəti sərgiləyir. Sanki milyonlarla dövlət vəsaitini havaya sovuran, korrupsiyalaşmış bir sistem formalaşdıran, Azərbaycan təhsilinin vayına oturan elə “bizim Cəbiş müəllim” imiş...

Məgər cənab Əmrullayev ,siz bilmirmisiniz ki, bu gün Azərbaycan müəllimi ən ağır şərtlər altında, cüzi əmək haqqı müqabilində fədakarlıq edir (bu yerdə M.Mərdanovun məhşur sözlərini xatırlamamaq olmur) . Məktəblərdə müəllim yersiz yerə o qədər yüklənir ki, dərs deməyə belə vaxtı qalmır. Repititorluq sistemini elə müəllimi bu günə qoyanlar özləri formalaşdırmayıbmı? Müəllimi süpürgə pulu, fond pulu, summativ pulu yığmağa kim məcbur edir görəsən ? Əgər məktəblər müəllimlərə əmək haqqı verən bir mexanizmə çevrilibsə bunun günahkarı sizsiniz !

Gün kimi ictimaiyyətə aydındır ki, ölkəmizdə təhsil sahəsində köklü islahatların əsası Mikayıl Cabbarovun təhsil nazir təyinatından sonra başlanıldı. Hətta əksər opponentlərinin təhsil sahəsinə yad hesab etdikləri cənab Mikayılovun təhsil sahəsində inqilabi hesab ediləcək addımları bu sektorda illərlə kök salmış ətalət qanunlarını yerindən oynatdı, “Misir ehramları”nın kölgəsində uyuyan Azərbaycan təhsilini yerindən dəbərtdi. Sanki reanimasiyada can verən bir xəstəyə oksigen balıncı qoşuldu, nəfəs verildi .

Etiraf edilməlidir ki, bu gün Azərbaycan təhsilində islahat hesab edilən bütün addımlar məhz M.Cabbarovun dövründə atılıb. Ondan sonra sadəcə olaraq imitasiya xatirinə görüntülər sərgilənib.

Heç kimə sirr deyil ki, siz M.Cabbarovun islahat xəttinin davamçısı olaraq görəvə gətirilmisiniz. Çox heyif ki, təhsil sektoruna yaxın hesab edilsəniz də nəinki etimadı doğrultmağı bacardınız,hətta nazirlikdə at oynadan qruplaşmaların əlində oyuncağa çevrildiniz. Bir məktəb direktorunu vəzifədən azad edəcək qədər səlahiyyətə malik olmayan nazirin hansısa islahata imza atacağını gözlləmirik. Adi bir institut rəhbəri vəzifəsini doğru-dürüst yerinə yetirə bilməyən bir şəxsin ölkədə inqilabi dəyişikliklərə imza atacağına da inanmırdığ. Bəli məhz bu səbəbdən də Azərbaycan təhsili bu günkü tragikomik vəziyyətdədir. Mikayıl Cabbarovun “sevimli kadrı” olmaq o demək deyil ki, siz əvəzedilməzsiniz. İdarə olunanların idarə etməsi heç zaman mümkün olamayıb. İdarə olunanların əli ilə Azərbaycan təhsilini məhv etməyin lütfən.. Nazir olduğunuz müddətdə təhsilimizə töhfə verən ,yadda qalan bir addımınız olmayıb.

Sizdən tələb edirəm,

İstefa verin !!!

Nicat Mahmudov //rubrika.az//





Paylaş:


Müəllif : Tarix:
15-06-2023, 12:38
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər