reklam
Regionxeberlericom.az » Gündəm » Döyülən qadını müdafiə edən qazini öldürənə hökm oxundu

reklam

Döyülən qadını müdafiə edən qazini öldürənə hökm oxundu


Nəsimi rayonunda Vətən müharibəsi iştirakçısını qətlə yetirməkdə ittiham olunan Bəxtiyar Qarayevin cinayət işi üzrə məhkəmə araşdırması tamamlanıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda hökm oxunub. 

Hökmə əsasən Bəxtiyar Qocayev xuliqanlıq niyyəti ilə adam öldürməkdə təqsirli bilinərək 18 il azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, hadisə ötən ilin avqustunda Nəsimi rayonu, 3-cü Alatava qəsəbəsi ərazisində qeydə alınıb. 

1999-cu il təvəllüdlü Bəxtiyar Qarayevin aralarında yaranmış mübahisə zamanı əvvəldən tanımadığı 1998-ci il təvəllüdlü Niyaməddin Muradovun döş qəfəsinin sol yarısına bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Məlum olub ki, "Kubinka" ərazisində parkda Bəxtiyar Qarayev bir qızın əlindən telefonu alıb və onu döyüb. Bunu görən Niyaməddin Muradov onların mübahisəsinə müdaxilə edib. O, Bəxtiyar Qarayevin qarşısını kəsib və qızı döyməsinə etiraz edib. Bu vaxt Bəxtiyar üzərindəki bıçaqla Niyaməddini vurub. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

N. Muradov 44 günlük Vətən müharibəsi iştirakçısı olub, "Qubadlının azad olunmasına" görə medalı ilə təltif edilib.




Paylaş:


Müəllif : Tarix:
21-06-2023, 17:44
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər