reklam
Regionxeberlericom.az » Gündəm » “Söyüdlüdə zərərli komponentlərin norma daxilində olduğu müəyyən edilib” - Nazir

reklam

“Söyüdlüdə zərərli komponentlərin norma daxilində olduğu müəyyən edilib” - Nazir


















“Sakinləri maraqlandıran digər məsələ mövcud tullantı anbarından zaman-zaman gələn iy-qoxu və ətraf mühitin çirklənməsi ehtimalı idi. Aparılan operativ ekoloji monitorinqlər zamanı tullantı anbarının bütün perimetri boyu hava, su, torpaq nümunələri götürülüb. Cari ilin 22 iyun tarixində ilkin aparılmış təhlillərə əsasən havada zərərli komponentlərin konsentrasiyasının norma daxilində olduğu müəyyən edilib. Digər götürülən nümunələr üzərində isə hazırda ETSN-in və digər stasionar laboratoriyalarda təhlillər aparılır”.

Bunu Gədəbəy rayonunun Söyüdlü kəndində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə yaradılan Komissiyanın rəhbəri və Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Qafqazinfoya müsahibəsində deyib.

“Kənd sakinlərinin ekoloji problemlərlə bağlı qaldırdığı məsələlərin araşdırılması üçün ETSN-də “Fəaliyyət planı” hazırlanıb və kompleks ekoloji monitorinq işlərinə başlanılıb. Həmçinin kənd təsərrüfatı bitkilərinə, mal-qaraya və torpağa neqativ təsirlər haqqında səsləndirilən fikirlərlə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin müvafiq xidmətləri tərəfindən kəndin bütün təsərrüfat subyektlərində kompleks araşdırmalara başlanılıb. Yekunda monitorinq işlərinin nəticələri haqqında müvafiq təklif və tövsiyyələr hazırlanacaq və Nazirlər Kabinetinə təqdim olunacaq.

Eyni zamanda Gədəbəy dağ-mədən sənaye kompleksində nüfüzlu beynəlxalq şirkət tərəfindən texniki və ekoloji auditin keçirilməsini zəruri hesab edirik. Müəssisədə az tullantılı, qabaqcıl texnologiyalar əsasında yenidənqurma layihələrinə baxılacaq. Audit və monitorinqlərin nəticələrinə əsasən sözügedən dağ-mədən sahəsində müvafiq reabilitasiya işlərinin aparılması təklif olunacaq.

Aparılan araşdırmaların nəticəsində hər hansı pozuntular aşkar olunarsa istismarçı şirkət məsuliyyətə cəlb ediləcəkdir”, - nazir qeyd edib.




Paylaş:


Müəllif : Tarix:
26-06-2023, 00:04
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər