Rus general Sergey Surovikin saxlanılıb - KİV
Rusiya ordusunun generalı Sergey Surovikin keçən həftə muzdluların uğursuz qiyamından sonra Kremlin “Vaqner” tərəfdarlarına qarşı sərt tədbirləri zamanı saxlanılıb.
Bu barədə “The Financial Times” məlumat yayıb.
Nəşr yazır ki, məsələdən xəbəri olan üç nəfərin dediyinə görə “Vaqner”in lideri Yevgeni Priqojinlə yaxşı münasibətdə olduğu bilinən və bir neçə gündür meydanda görünməyən yüksək səviyyəli rus generalı Surovikin saxlanılıb.
Rusiya Hərbi Hava Qüvvələrinin rəhbəri Surovikinin Priqojinin başçılıq etdiyi qiyamla bağlı, yoxsa sadəcə olaraq dindirilmək üçün saxlandığı məlum deyil.
Moskva elitası deyir ki, Vladimir Putin təhlükəsizlik xidmətlərinin zirvəsində təmizləmə əməliyyatına başlayıb və prezident Rusiyada son üç onillik ərzində ilk çevriliş cəhdindən sonra tənqidləri yatırmaq, asayişi və öz hökmranlığını bərpa etmək niyyətindədir.
Suriyada amansız bombalama taktikasına görə “Armageddon generalı” kimi tanınan Surovikin ötən ilin payızında Rusiyanın Ukraynaya təcavüzünə rəhbərlik etmək üçün irəli çəkilib. Tez bir zamanda bu ünvan ondan alınsa da, bu yaz Ukraynanın şərqində cəbhə xəttində döyüşən “Vaqner” paramilitar qrupunun idarəedicisi kimi fəaliyyətə başladı.
Yevgeni Priqojinin Moskvadakı hərbi rəhbərliklə münaqişəsi kəskinləşdikcə, Surovikinin vasitəçi kimi çıxış etdiyi güman edilir.
Surovikinin yoxa çıxması ilə bağlı nə məlumdur?
İyunun 28-də Rusiya hərbi müxbirləri Rusiya ordusunun generalı Sergey Surovikinin iyunun 25-dən Lefortovo istintaq təcridxanasında olduğunu bildiriblər. Rusiya mətbuatının məlumatına görə, hərbçi 3 gündür ailəsi ilə əlaqə saxlamır, mühafizəçiləri də cavab vermir.
Öz növbəsində, ISW (Müharibə Araşdırmaları İnstitutu) analitikləri hesab edirlər ki, Kreml general Surovikindən günah keçisi kimi, daha doğrusu, Rusiya hərbi rəhbərliyinin mümkün restrukturizasiyasına haqq qazandırmaq üçün istifadə edə bilər.
Paylaş:
Müəllif : Fuad
Tarix:29-06-2023, 16:57
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər