reklam
Regionxeberlericom.az » Gündəm » “Polkovnik Asif Məmmədli hərbçilərə qan uddurur” – XAÇMAZDA XİDMƏT EDƏN HƏRBÇİLƏRDƏN ÖLKƏ RƏHBƏRLİYİNƏ ŞİKAYƏT

reklam

“Polkovnik Asif Məmmədli hərbçilərə qan uddurur” – XAÇMAZDA XİDMƏT EDƏN HƏRBÇİLƏRDƏN ÖLKƏ RƏHBƏRLİYİNƏ ŞİKAYƏT

















Xacmaz rayonu, N saylı hərbi hissənin işçiləri tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçilər hərbi hissədə xidmət göstərən hərbçilər arasında ayrı-seçkilik olduğunu bildirirlər:

“Xaçmaz rayonu, N saylı hərbi hissədə özbaşınalıq son həddədir.

Belə ki, 2022-ci ildə bizə məlumat vermədən, imtahan götürdülər. Bu il isə "2-ci məharət dərəcəsi" imtahanı vermədən, bizi kəsdilər. Səbəbini soruşduqda bildirdilər ki, 2022-ci ildəki imtahana əsasən hesablama aparılıb.

100 nəfərdən 23 nəfərə düşdük. İmtahan vaxtı məzuniyyətdə olan, turnik vura bilməyən şəxslər imtahandan keçdilər. Bu olanlar haqqında “yuxarılara” məlumat versək də, aldığımız cavab ürəkaçan olmadı. Bizə bildirdilər ki, "sizin qatarınız çoxdan gedib".

Hərbi hissədə olan iki xanım üçün isə xüsusi diqqət var. Kirayədə yaşamasalar da, onlara kirayə pulu ayrılır. Kirayədə yaşayan kişi hərbçilərə ayrılan pul isə kəsilir.

Bir həftə içərisində hər iki xanımın "2-ci məharət dərəcəsi" aldıqları bəlli oldu. Əgər bizim “qatar gedibsə”, xanımların qatarı niyə getmir bəs?! Xanımlar barəsində gələn əmrin açıq şəkildə heyətə çatdırılması qadağan edildi.

Bizim davamız bu xanımlara göstərilən xüsusi diqqət deyil, hər kəsin öz işidir. Biz istəyirik kirayə pulu alaq, imtahan doğru-düzgün keçirilsin. Əmr sənədlərini bir-birinə yaxın vəziyyətdə tutduqda, polkovnik Asif Məmmədli tərəfindən müdaxilə olunaraq, xanımların adlarının əmrə əlavə edildiyi açıq-aşkar görünür. Yəni cənab nazirin əmrinə müdaxilə olunub.

Polkovnik Asif Məmmədli hərbiçilərə zülm verir”.

Jalə FAMİLQIZI

Redaksiyadan:Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.

P.S. Qeyd edək ki, Azərbaycan reallığında şikayətçilərin adlarının çəkilməsindən ehtiyat etmələri anlaşılandır. Çünki, çox təəssüf ki, bəzi dövlət adamlarının ayağına dolanan "haqqını tələb edən" insanları işləri ilə cəzalandırırlar. Bir neçə ay qabaq, Naxçıvanda yerləşən N saylı hərbi hissədə işləyən xanım da elə haqqını tələb edərkən işindən olmuşdu. Belə ki, saytımızda yazı gedəndən 2 gün sonra onun işinə son verilmişdi. Bu səbəbdən də adların gizlin qalması vətəndaşların işini qorumaq üçündür.




Paylaş:


Müəllif : Tarix:
30-06-2023, 08:41
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər