reklam
Regionxeberlericom.az » Gündəm » “Dəniz kralı” özünü sudan necə quru çıxarıb? – Qüdrət Qurbanovun korrupsiya əməlləri araşdırılacaqmı?

reklam

“Dəniz kralı” özünü sudan necə quru çıxarıb? – Qüdrət Qurbanovun korrupsiya əməlləri araşdırılacaqmı?













Azərbaycanda adı korrupsiya və rüşvətxorluq əməllərində hallanmış dövlət məmurları bir qayda olaraq tutduqları vəzifədən uzaqlaşdırıldıqdan sonra onların əməlləri araşdırılır, mənimsədiyi vəsaitlər geri qaytarılır. Lakin təəssüflər olsun ki, bəzi keçmiş məmurlar bu cür araşdırmalardan kənarda qalmağı, mənimsədikləri vəsaitin “sahibinə” çevrilməyi bacarıb.

Adı uzun müddət korrupsiya və rüşvətxorluq əməllərində hallandırılan, yüksək ranqlı dövlət işçilərindən biri də ləğv edilmiş Dövlət Dəniz Agentliyinin direktoru vəzifəsində çalışmış Qüdrət Qəmbər oğlu Qurbanovdur.

Qüdrət Qurbanov 1959-cu il oktyabrın 20-də Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olub. Azərbaycan Prezidenti İlham Əliyevin 21 aprel 2006-cı il tarixli sərəncamı ilə Dövlət Dəniz Administrasiyasının rəhbəri vəzifəsinə təyin olunub.

Administrasiya 2018-ci ildən Dövlət Dəniz Agentliyi adlandırılıb, Q.Qurbanov yeni quruma rəhbər təyin edilib.

2021-ci ilin oktyabrında isə Agentlik ləğv edilib və Q.Qurbanov vəzifəsindən azad olunub. Bu agentliyin, habelə Dövlət Dəniz Agentliyinin tabeliyində olmuş Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi, eləcə də Nəqliyyat və Texniki-Təminat İdarəsinin əsasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyi yaradılıb.

Q.Qurbanovun rəhbərliyi dövründə həm administrasiyanın, həm də agentliyin böyük səlahiyyətləri olub. Qurumlar dəniz nəqliyyatı sahəsində dövlət siyasətinin həyata keçirilməsində və inkişafında iştirak edib, bu sahədə tənzimləməni və nəzarəti həyata keçirib.

Dəniz üzgüçülüyünün təhlükəsizliyi, dənizdə insan həyatının və sağlamlığının qorunması, dəniz ətraf mühitinin mühafizəsi, habelə dənizçilərin hazırlanması sahəsində tədbirlər görüb.

Dəniz limanlarında fəaliyyətin dövlət tənzimlənməsində iştirak edib və dəniz üzgüçülüyünün təhlükəsizliyi ilə bağlı xidmətlər (naviqasiya və mayak, bələdçi, kanal, lövbər və gəmi yığımı) göstərib.

Onun korrupsiya əməlləri haqqında yazılanlar...

Media üzərindən apardığımız araşdırmalar da göstərir ki, Qurbanov vəzifədə olduğu illərdə səlahiyyətlərin genişliyindən istifadə edərək çoxlu sayda korrupsiya və rüşvət əməlləri törədib, müxtəlif şəxslərə aid olan əmlakları mənimsəyib.

On beş il ərzində Dövlət Dəniz Administrasiyasına və Agentliyinə rəhbərlik etməsi Q.Qurbanovu zəngin məmurlardan birinə çevirib.

İddialara görə Q.Qurbanov qurumlara rəhbərlik etdiyi dövrdə dənizçilərə sertifikatları 120-150 min manata satıb.

Q.Qurbanov və adamları sertifikatla yanaşı, diplom alveri ilə də məşğul olub.

İddialara əsasən administrasiya rəhbərliyi matros diplomunu 2500-3000, bosman diplomunu 4000-5000 manata satıblar. Üstəlik bu diplomların dəyişdirilməsi zamanı da dənizçilərdən müəyyən məbləğ alınıb.

Ölkə xaricində qurduğu biznes şəbəkəsi...

Külli miqdarda qeyri-qanuni gəlir əldə edən Qurbanov vəsaitinin önəmli hissəsini Türkiyəyə yönəldib. O, Türkiyədə biznes şəbəkəsi qurub və bu şəbəkəni müntəzəm şəkildə genişləndirib. Keçmiş direktorun Türkiyədə yaratdığı biznesə oğlu Orxan Qurbanovun nəzarət etdiyi bildirilir. Biznesi inkşaf etdirmək üçün O.Qubanovun İstanbul şəhərində dəbdəbəli ofis-mərkəz aldığı deyilir. Həmçinin Qurbanovların öz bizneslərini Türkiyədən Şərqi Avropaya köçürmək üçün müxtəlif layihələrə başladıqları da qeyd olunur.

Q.Qurbanovun qızıl biznesi ilə məşğul olduğu da iddia edilir. Keçmiş agentliyin rəisi qızıl binzesinə sərmayə qoyub və bu işdə əsas şəxslər onun qardaşı və oğludur. Hətta məlumatlarda Q.Qubanovun qızıl biznesini Türkiyəyə köçürtməsi və orda bu işlərə qardaşının nəzarət etdiyi qeyd edilir.

Niyə araşdırma aparılmır?

Mediada Q.Qurbanovun haqqında irəli sürülən iddialar apardığımız araşdırmalara görə əsassız deyil. Keçmiş agentlik rəhbəri Azərbaycanda və xaricdə çoxlu sayda bahalı daşınmaz əmlaka, oğlu isə hətta bahalı maşın kolleksiyasına malikdir.

Bu faktlara hüquq-mühafizə orqanlarının diqqət yetirməsi, Q.Qurbanovun rəhbər vəzifədə çalışdığı dövrdə hüquqi qiymət verilməsi vacibdir.

Ümidvarıq ki, istər Q.Qurbanov, istərsə onun kimi digər keçmiş məmurların vəsaitləri Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsinə sərf ediləcəkdir. Çünki Q.Qurbanovun elə İstanbulda olan 3 əmlakın dəyəri ən az 3 kəndin inşa edilməsinə bəs edəcək qədərdir.

Mövzunu nəzarətdə saxlayacağıq.

Sfera.az





Paylaş:


Müəllif : Tarix:
6-07-2023, 08:40
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər