reklam
Regionxeberlericom.az » Gündəm » Arzu Rəhimovun daha iki kadrı olan Səlyan və Neftçaladakı hərbi komissarlarının həbsi gözlənilir

reklam

Arzu Rəhimovun daha iki kadrı olan Səlyan və Neftçaladakı hərbi komissarlarının həbsi gözlənilir

















Bir neçə gündür Baş prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bir neçə rayon şöbələrinin rəislərinin korupsiyya və rüşvətxorluq əməlləri ilə bağlı sözügedən hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat tədbirləri zamanı ifşa olunaraq həbsləri davam edir. 

Hərbi komisarların həbsi demək olar ki, sosial şəbəkə istfadəçiləri tərəfindən bir mənalı qarşlanıb və hər kəs bu silsiləli həbslərə görə adı çekilən qurumun ünvanına "xoş sözlər" yağdırıblar. 

Sosial şəbəkələrdə və media resuslarında ən çox şikayət olunan hərbi komissarlar Səlyan, Neftçala rayonlarıdır, sözügedən bölgədə yaşayan sakinlər sosial çəbəkə hesablarında hüquq-mühafizə orqanların da rayona dəvət edirlər, komissarlarının rüşvət, korupsiya, özbaşnalıq, bir sözlə komisarlığı bazara çevirdiklərindən şikayətləniblər.

Qeyd edək ki, sözügedən bölgələrdən Səlyan Şəhər hərbi komisarı Nurlan Abbasovdur, o, bundan öncə Hacıqabul rayon hərbis komisarlığının rəisi olub, elə Hacıqabul rayonunda işlədiyi dövürdə də barəsində media və sosial şəbəkələrdə kifayət qədər giley və şikayətlərə rast gəlmək olar.

Neftçala rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Tofiq Mehdiyevdir, demək olar ki, o da digər həmkarından heç də geri qalmır, internet resusları üzərindən axtarış versək onun da barəsində kifayət qədər vətəndaş şikayətinə rast gəlmək olar, hətta rayonda "bazarkom" adının aldığı da deyilir, komisarlığı açıq bazara çevirib, burada “Otpravka”nın qiyməti 500 manat, “neqodnu” kağızı isə 5000 manata satıldığı haqqda iddialara da rast gəlmək olar.

"Azərbaycan Reallığı" sözü gedən məsələ ilə bağlı kiçik araşdırma edib, etibarlı mənbələrdən daxil olan məlumata görə adı çəkilən hər iki hərbi komissar Arzu Rəhimovun yaxın kadırlarından sayıldığı bildirilir. Yaxın vaxtlarda hüquq-mühafizə orqanlarında sözügedən rayona baş çekəcəkləri heçdə sirr deyil, deyə sonda etibarlı mənbə bildirib.

"Azərbaycan Reallığı" yazda adı çəkilən şəxslərin də mövqeyin dinləməyə hazırdır.  





Paylaş:


Müəllif : Tarix:
7-07-2023, 08:41
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər