Afətin mahnısına görə işdən çıxarılan tibb bacısı DANIŞDI - ŞOK FAKTLAR ÜZƏ ÇIXDI
Xəbər verdiyimiz kimi, müğənni Afət Fərmanqızının Nəsiminin qəzəlinə ifa etdiyi mahnıya məzəli videorolik hazırlayan Şəki Mərkəzi Rayon Xəstəxanasının beş əməkdaşı işdən çıxarılıb.
regionxeberlericom.az BiG.AZ-a istinadən xəbər verir ki, məsələni araşdırmaq üçün Şəkiyə getməyə hazırlaşan aparıcı Tarix Əliyev (Tolik) son anda bu fikrindən daşınıb. Buna səbəb isə tibb bacıları ilə bağlı başqa videoların da üzə çıxması olub. Bu haqda aparıcı Xəzər TV-də yayımlanan "Hər şey daxil" verilişində məlumat verib. O, sözügedən videoda yer alan tibb bacılarından biri İlahə İsrafilovanı canlı yayıma qoşaraq məsələnin əsl səbəbini aydınlaşdırmağa çalışıb.
İ.İsrafilova Tolikin "Məndə olan məlumata görə, bu video sizin Şəki Mərkəzi Rayon Xəstəxanasında çəkilən ilk videonuz deyil. Siz ayrı-ayrı günlərdə iş vaxtı bu tipli məzəli videolar çəkmisiniz. Bu hal mütəmadi olaraq təkrarlanıb. Ona görə də rəhbərlik sizi işdən azad edib" sözlərinə belə cavab verib:
"Rəhbərlik bizi otağına çağırdı, bizə bildirildi ki, işdən məhz Afət Fərmanqızının "Pəncü-şeş" mahnısına oynadığımıza görə çıxarılırıq. Baş həkim Elçin Əmirov dedi ki, videoda bir-birimizə sillə vurmuşuq. Bu isə mədəniyyətsizlikdir. Həm də bu mahnı qadağan edilib".
Qeyd edək ki, baş həkim Elçin Əmirov 6 mart 2019-cu il tarixində Şəki Mərkəzi Rayon Xəstəxanasının 5 işçisini işdən azad edib. Buna səbəb isə 3 xadimə, 2 tibb bacısının xəstəxanada məzəli video çəkərək bir-birilərinə sillə vurmaları olub. Tibb bacılarının adları - İlahə İsrafilova, Mirvari Salamova, xadimələr -Zaharova Arzu, Ruhəngiz Səmədovadır. Digər xanımın həyat yoldaşı isə efirdə xanımının adının çəkilməsinə icazə verməyib. Azad olunan şəxslərdən biri Mirvari Salamovanın 40 ildir ki, həmin xəstəxanada tibb bacısı işlədiyi bildirilib.
Paylaş:
Müəllif : Yazar
Tarix:19-03-2019, 16:29
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər
Xəbər verdiyimiz kimi, müğənni Afət Fərmanqızının Nəsiminin qəzəlinə ifa etdiyi mahnıya məzəli videorolik hazırlayan Şəki Mərkəzi Rayon Xəstəxanasının beş əməkdaşı işdən çıxarılıb.
Paylaş:
Müəllif :
Yazar
Tarix:19-03-2019, 16:29
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 15:26
ELMAR VƏLİYEVİN OĞLU QAZİNİN TORPAQ SAHƏSİNİ ZƏBT EDİB – “Mənə deyirlər ki, Elmir Vəliyev sifarişlə adam öldürəndir, ondan uzaq dur”
Dünən, 08:27
400 minlik tender: Dövlət Agentliyi aftafa, çəkic, dırmıq alacaq - Vergi reyestrində adı yoxdur...
Dünən, 08:22
Bəzi meyarlara uyğun olmayan “Unidez Center” MMC-ni kim qalib çıxarıb, Qaradağ MKTİB, yoxsa Antiinhisar Xidməti
18-09-2024, 17:48
Qəbələnin Kiçik Pirəli kəndində yaşayan evdar qadınların “biznesini” Bakıda kimlər idarə edir
18-09-2024, 17:46
"Yekun sülh sazişinin imzalanmasına ən ciddi maneə Ermənistan Konstitusiyasıdır" - Ceyhun Bayramov
18-09-2024, 11:46
Əmirullayevin "ac həriflər"i - məktəblər sələmçilərin, jalüz pulu yığanların əlində yesir qalıb...
18-09-2024, 10:19
İmişli məktəbində sanitar qovşağın vəziyyətini ictimailəşdirən müəllim işdən çıxarıldı VİDEO
18-09-2024, 10:16
Adil Məmmədovu oliqarxlığa aparan yollar 30 ildə haralardan keçib - İLGİNC İDDİALAR...
18-09-2024, 09:18