“Amay Abdulla”dan sakinlərin aksiyası haqda qalmaqallı açıqlama
Son günlər bəzi internet saytlarında Bakının Nərimanov rayonunda, “Atatürk” prospektində tikilmiş “Xudafərin” MMC-yə aid bina ilə bağlı yaranmış qalmaqalda iş adamı, AMAY Holdinqin sahibi Abdulla Abullayevin də adı hallandırılır. Bununla bağlı A.Abdullayevlə əlaqə saxlayaraq, onun mövqeyini öyrəndik.
“Xudafərin”MMC-nin onun nəzarətində olan şirkətlərdən biri olduğunu vurğulayan A.Abdullayev, son zamanlar orada “bir qrup şəxsin qərəzli olaraq” təxribat törətdiyini bildirdi.
Onun sözlərinə görə, həmin şəxslər öz maraqlarını təmin etməyə çalışır və bu məqsədilə sakinlərdən istifadə edərək səs-küy salırlar: “Xalqımız müdrik xalqdır, amma nədənsə son zamanlar insanlar əcdadımızdan bizə miras qalan müdrik sözlərin dəyərini təəssüf ki, dərk etmirlər. Məsələn, “Qurdlar yatanda çaqqallar oyanar”, “Yetimə deyərlər kimi söyərsən – deyər çörək verəni”, “İtə deyirlər niyə hürürsən, deyər qorxuduram, deyərlər quyruğun niyə əsir, deyər özüm də qorxuram axı”, “Ağ qaranı basınca, qara ağı basar”, “Cahil üzə durar, kamil səbr edər, haqq yerini tapar” kimi və s. Bu millətin mənəvi zənginliyi gör nə qədər böyükdür ki, minilliklər keçsə də, söylədiyi sözlərin mənası dəyişmir. Odur ki, bizim kimi adamlar, əcdadımzı, müdriklərimizi hər zaman hörmətlə yad edirik”.
A.Abdullayevin sözlərinə görə, qalmaqala səbəb olan həmin binanın başa gəlməsilə bağlı ekspertiza keçirilsə, məlum olar ki, o binaya nə qədər vəsait xərclənib, nə qədər satış olub: “Ən azından satışın 2 qatı qədər oraya pul xərcləmişəm. O bina 10,5 ballıq seysmik şkalaya uyğun davamlılıq keyfiyyətində tikilib. Dünyanın heç bir yerində bu bal şkalasına uyğun bina tikilməyib. O binanı qazanc məqsədilə tikməmişəm. Binanı bankımın aktivliyi üçün tikmişdim. Ona görə də bu bina nə əvvəl, nə də bu gün maraq dairəmdə olmayıb”.
A.Abdullayev bildirir ki, həbsxanada olduğu vaxt bir qrup sakin vəsait toplayaraq binada son tamamlama işlərini həyata keçirmək istədiklərini bildirib, o da etiraz etməyib: “Həbsdən çıxandan sonra oranın idarə olunması və qanuni şəkildə fəaliyyət göstərməsi üçün yeni şirkət qurulmasına razılıq verdim. “Xudafərin”in idarəetməsini də həmin şirkətə, yəni sakinlərin yaratdığı “Xudafərin-A” şirkətinə verdim”.
A.Abduallayevin sözlərinə görə, binanın idarəetməsini həyata keçirən yeni şirkətlə də belə razılaşıb ki, sakinlərdən kommunal xərclər toplanan zaman əlavə vəsait alınmasın: “Yəni, yalnız sakinlərin istifadə etdiyi işığın, suyun, qazın həcmi nə qədərdirsə, o qədər də vəsait toplanmalıdır. Artıq yox. İdarəetməni həyata keçirən zaman belə hallar baş verərsə, yəni əlavə vəsait alınarsa, “Xudafərin” MMC bunun qarşısını alacaq.
O binada vicdanlı adam həddindən artıq coxdur. Bu danışıqlarımızı da həmin adamlar təsdiq edə bilərlər. Əgər o bina mənə lazım olsaydı, mən öz maraqlarım üçün nə idarəetməni kimsəyə verər, nə də kommunal xidmətlərində güzəşt edərdim. Həmin idarəedici şirkətdə bəzi ziyalılar da təmsil olunurdu. Amma təəssüf ki, burdakı bəzi şəxslər – Elman Abbasov və Müşviq Nəcəfov o ziyalıları təhqir və təhdid edərərk, oradan uzaqlaşdırdılar. Və sonradan bir qrup şəxsləri toplayaraq prezident seçkiləri qabağı mitinqlər keçirərək, təhdidlər edərək səs-küy salırdılar”.
A.Abdullayev deyir ki, dövlətçilik naminə, təxribatlardan sui-istifadə edilməməsi üçün onların qeyri-qanuni əməllərinə göz yumub: “Çünki bilirdik ki, bunların əməlləri qeyri-qanunidir, yəni zorla zəbtetmədir. Eyni zamanda qeyri-qanuni sahibkarlıq fəaliyyətidir, vergidən yayınmadır, özgə əmlakını mənimsəmədir, vəzifədən sui-istifadədir. Hüquqşünaslar daha yaxşı bilir ki, bu əməllərin cəzası nədir. Amma dediyim kimi, bina mənim marağımda olmadığı üçün heç vaxt əhəmiyyət vermədim. Bu son iki il ərzində onların şikayət etmədiyi qurum qalmadı. Ancaq məlum oldu ki, Elman Abbasov tərəfindən saxta sənədlə orada məlum şəxslərə aldadılaraq, 4 ədəd məzil satılıb. Bu gün də Korrupsiyaya qarşı Mübarizə İdarəsində həmin şəxsin barəsində cinayət işi gedir. Buna baxmayaraq, bütün qurumlara müraciət edərək, bina sakini olmaya-olmaya həmin binanın onun mülkiyyətinə verilməsini tələb edir. Orada törətdiyi əməlləri ört-basdır etmək üçün sakinlərdən istifadə edərək təxribatlar törədir, onların arxasında gizlənir.
Bu gün orada yaşayan sadə insanları inandırmaq, öz əməllərinə şərik etmək üçün bəzi adamların adını hallandırır (o binada hamı bilir ki, kimin adı hallandırılır). Ona görə də müəyyən adamlar onların arxasınca gedir. Ancaq çoxları artıq onların əməllərindən yorulublar”.
A.Abduallayev bildirir ki, bina sakinlərinin əksəriyyəti bu şəxslərin təzyiqlərinə məruz qalmamaq üçün onların dediklərini edirlər: “Bunlardan qabaq, eyni əməli başqa bir şəxs də etmişdi. O da yaranmış vəziyyətdən sui-istifadə edərək həm şirkəti, həm də vətəndaşları aldatmışdı. Bu gün həmin adam haqqında da Korrupsiyaya qarşı Mübarizə İdarəsində cinayət işi gedir. Bu şəxslər Azərbaycana hüququn olmadığı bir ölkə kimi baxırlar. Düşünürlər ki, qanunsuz hər iş görə bilərlər və heç kəs də bunların əməllərinə hüquqi qiymət verməz. Onlar oradaki sakinlərin sadəliyindən istifadə edib, səs-küy salmaqla əməllərini onların arxasında gizlətmək istəyirlər. Amma Azərbaycan hüquqi dövlətdir, ölkədə mülkiyyət hüququ qorunur. Onlar “Xudafərin” MMC-yə aid sahələri başqalarına sataraq mənimsəyirlər. Eyni zamanda mülkiyyətimizdən istifadə etmək istədikdə, camaatı üzərimizə qaldırırlar”.
A.Abdullayev deyir ki, bu şəxslər binada təmir-tikinti işləri apardıqlarını deyirlər: “Olsun. Ekspertiza dəvət edilər, binada yoxlama işləri aparılar və məlum olar ki, onlar tərəfindən sakinlərdən toplanılan pullar haralara xərclənib. Binada “Xidafərin” MMC tərəfindən, bütün təsərrüfat sahələri tamamlanmış vəziyyətdə olub, sadəcə qoşulma mərhələsini onlar həyata keçirib.
Deyirlər ki, A.Abdullayev 15 ildən sonra gəlib binanı bizim əlimizdən almaq istəyir. Məgər oranı onlara vermişdik ki, 15 il sonra onlardan geri istəyək? Və yaxud o şirkətin sahibləri onlardır ki, biz onlardan 15 il sonra geri istəyək? Sizinlə hər hansı bir müqavilə bağlamışdıq ki, pozaq? Azərbaycan dünyəvi və hüquqi dövlətdir. Qanunun aliliyi prinşipi var. Hüquqi və fiziki şəxslərin mülkiyyəti toxunulmazdır. Bu insanlar nəzərə almalıdırlar ki, son üç ildə cənab Prezident İlham Əliyevin siyasi iradəsilə mülkiyyət hüquqlarının toxunulmazlığı, sahibkarlığıın inkişafı ilə bağlı bır sıra qanun və fərmanlar qəbul edilib. Ancaq belə görünür ki, bu insanlar özlərini qanundan üstün bilirlər? Belə düşüncələrin özü dövlətçilik prinsipinə yaddır. Biz isə daim qanunlara və ədalətə, bunları təmin edən dövlətimizə və Prezidentimizə güvənmişik. Buna görə də, sizlərin bütün əməllərinə göz yummuşuq”.
A.Abdullayev deyir ki, hazırda adı çəkilən pozuntularla bağlı məhkəmələrə müraciət ediblər: “Bu məsələlər məhkəmə araşdırmasının predmetidir. Həmin adamlar da bilirlər ki, biz məhkəmə perspektivinə hazırlaşırıq. Buna da bizi məhz bu adamların özləri məcbur edib. Çünki son 2 il ərzində öz maraqları üçün təxribatlar törədiblər, bütün orqanlara müraciət ediblər, bizi təhdid ediblər. Biz də bunların qabağını almaq üçün hüquqi addımlar atdıq.
Ancaq yenə də sakinlərə deyirlər ki, ərazini bizim əlimizdən alıb, onlara verəcəklər. Əgər bu ölkədə çox rahatçılıqla hüquqi və fiziki şəxslərin mülkiyyətini qeyri-qanuni yolla əlindən alıb, kiməsə vermək olsa idi, onda “Mülkiyyət hüququ” haqqında qanuna da ehtiyac olmazdı. Bu cür düşüncə yalnız cahillərə, dələduzlara aiddir. Ona görə də “qara məni basmamış mən qaranı basım” prinsipilə hərəkət etmək istəyirlər. Amma haray-həşirlə ədalətə, qanuna qalib gəlmək mümkün deyil”.
“Orada bəziləri Prezidentin yanında olduqlarını iddia edirlər. Əgər belədirsə o zaman, 2018-ci ilin prezident seçkiləri öncəsi mitinq keçirmələrini, yolları bağlamalarını, səs-küy salmalarını nə ilə izah edirlər? Öz maraqlarını təmin etmək üçünmü, yoxsa Prezidentin yanında olmaq üçünmü? Əgər onlar haqlıdırsa, qanun öz sözünü deyəcək”, – Abdullayev qeyd edir.
A.Abdullayev vurğulayır ki, həmin adamlar böhtana da əl atırlar: “İndi də söz yayırlar ki, guya bina sakinlərinin mülkiyyətini əllərindən almaq istəyirik. Buradan bəyan edirəm, həmin binada qanuni mükliyyət sahibi olan şəxslərin mülklərinə heç kim toxuna bilməz. Amma “Xudafərin” şirkətinə aid mülkləri kimlərsə qanunsuz mənimsəmək və ya özününküləşdimək istəyirsə, buna görə qanun qarşısında cavab verəcək. Mən, həm də həmin binada mülk sahibi olanlara müraciət edirəm ki, bəzi şəxslərin təxribatçı əməllərinə uymasınlar, qanunun əleyhinə getməsinlər. Sabah rəsmi qurumlarla bağlı münasibətlərdə, sənədləşmə məsələsində yalnız “Xudafərin” şirkəti tərəf olacaq, çünki bina onun mülkiyyətidir. O binada insanlar var ki, tələblərində haqlıdırlar və onları haqlı hesab edirəm. Amma adamlar var ki, onların haqqı yoxdur”.
A.Abdullayev bildirir ki, bəzi saytlarda yayılmış videolarda çıxış edən Müşviq Nəcəfova şəxsən köməklik edib: “Bu şəxsin qohumları məndən acizanə xahiş edərək, ona köməklik göstərməyim üçün dəfələrlə müraciət etdilər. Yəqin qohumları da bu cümləni oxuyacaq və dediyimi təsdiqləyəcəklər. Mən də tapşırıq verdim ki, kömək edin. Amma “Xudafərin” şirkətinin rəhbərliyi mənə dedi ki, bunun pulu azdır, ucuz qiymətə istəyir, hissə-hissə ödəniilməsini xahiş edir. Mən də dedim ki, o necə istəyir, elə də kömək edin. Onun nə haqqı var, indi belə şər-böhtanla bizim üzümüzə durur?
Oradakı şikayətçilərə gəlincə isə, narazılığı olan hər kəsi dinləməyə hazıram. Bu cür məsələlər qanuna zidd zorakılıqla həll olunmaz. Təxibatçıların əməllərinə uymayın və onların əməllərinin iştirakçısı olmayın”.
Paylaş:
Müəllif : Redaktor
Tarix:23-08-2019, 16:30
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:23-08-2019, 16:30
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48