reklam
Regionxeberlericom.az » Gündəm » "Park Azure”də ev aldı, liftdən istifadəyə icazə verilmədi

reklam

"Park Azure”də ev aldı, liftdən istifadəyə icazə verilmədi











Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsində "Yeni Həyat Şirkətlər” Qrupunun inşaa etdirdiyi "Park Azure” yaşayış kompleksində yaşan şəxs liftdə olan məlumat lövhəsindəki kağızları cıraraq, yaşayış kompleksinin dəhlizinə atdığı üçün polis tərəfindən saxlanılıb.

Qaynarinfo-nun məlumatına görə, buna səbəb isə vətəndaşın yaşadığı binanın 12-ci mərtəbəsinə qalxması üçün lift katının deaktiv edilməsi olub.

1977-ci ildə Xaçmaz rayonunda anadan olmuş Samir Əliyev (ad-şərti) yaşadığı binada 2 aydır ki, qanunsuz olaraq lift kartı deaktiv edilib. "Park Azure”a rəhbərliyi lift daxilində onun məlumatını yerləşdirərək göstərmədikləri xidmət haqqına görə pul tələb edib. O, həmin məbləği ödəməkdən imtina etdiyi üçün lift kartı deaktiv edilib.

İki ay müddətində özü və 3 uşağı yaşadığı 12-ci mərtəbəyə hər gün piyada düşüb-qalxmağa məcbur olublar. Dəfələrlə səlahiyyətli şəxslərə müraciət etsə də, problemi həll etməkdən imtina ediblər.

Bu hadisələrdən təngə gələn Samir 24 iyun 2023-cü il tarixdə liftdə olan məlumat lövhəsindəki kağızları cıraraq, yaşayış kompleksinin dəhlizinə atıb. "Reception” bölməsində işləyən Nuranə adlı işçini isə tənqid edib.

"Park Azure”a rəhbərliyi Samirin hərəkəti ilə bağlı polisə məlumat verib. Polis onu saxlayıb və protokol yazaraq, baxılması üçün məhkəməyə göndərib.

Samir Əliyev bildirib ki, "Park Azure” rəhbərliyinin liftə məhdudiyyət qoyması qanunsuzdur: "Tamerlan Əliyev və Elina Əliyeva adlı 2 azyaşlı uşağım var. Bir övladım da Vətən müharibəsi iştirakçısıdır və "Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib".

"Yeni Həyat Şirkətlər Qrupu”nun sədri vəzifəsini müvəqqəti icra edən Babək Babayev bildirib ki, vətəndaşın 1700 manat kommunal xidmətlərə görə yaranmış borcunu siliblər, lakin liftdən istifadəyə görə borcu ödəmədiyinə görə lift kartı deaktiv edilib: "24 iyun 2023-cü il tarixdə liftdə olan məlumat lövhəsindəki kağızları cıraraq, yaşayış kompleksinin dəhlizinə atıb, "reception” bölməsində işləyən Nuranə adlı işçi ilə mübahisə edib, nalayiq ifadələr işlədib, bukletləri götürərək nümaişkarcasına yerə atıb”.

Məhkəmənin qərarı ilə Samir Əliyev İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 50 manat məbləğində cərimə tətbiq edilib.

Qeyd edək ki, şirkət Bakı şəhərində "Grand Hayat”, "Park Azure”, "Yeni Hayat Residence”, "Yeni Hayat Plaza”, "Azure” və "MegaFun” kimi iri daşınmaz əmlaklara sahibdir.




Paylaş:


Müəllif : Tarix:
9-07-2023, 10:19
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər