GƏDƏBƏY RİH-NIN BAŞÇISI HƏKIM-GINEKOLOQDUR?
Orxan Mürsəlov: “Hazırda kənddə 53 hamilə qadın var və onların bu məsələ ilə bağlı bizə heç bir müraciəti daxil olmayıb”
Məlumdur ki, 20 iyun 2023-cü il tarixdə Gədəbəy rayonunun Söyüdlü kənd sakinləri, bu kəndin yaxınlığında fəaliyyət göstərən qızıl emalı zavodunun tullantıları üçün süni göl yaradılmasına kəskin etiraz edərək aksiya keçirdilər. Sakinlərin etiraz etmələrinə əsas səbəb təkcə qızıl mədənləri üçün süni göl düzəltmək yox, eyni zamanda qızıl mədəni tullantılarının ləğvi və zavodun zəhərli tullantılarının ərazidən toplanılıb təmizləməsi tələbi idi. Qeyd edək ki, etirazın qarşısını almaq üçün polis qüvvələrindən əlavə, kənd sakinlərinin üzərinə daxili qoşun bölmələri də yeridildi. Diqqət yetirmək lazımdır ki, polis sakinlərə qarşı gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə etməklə etiraz aksiyasını yatırdırlar. Düzdür, Söyüdlü kəndində baş verən etirazları bəzi media orqanları xarici amillərlə əlaqələndirsələr də, əslində sakinlər süni gölün suyunun zəhərli olduğunu, kəndin içməli suyuna qarışdığını və bunun nəticəsində insanların sağlamlığına mənfi təsir göstərdiyini bildirirdilər. Eyni zamanda, aksiya iştirakçıları onu da qeyd edirdilər ki, yaradılan su hövzəsinə zəhərli maddələr toplanır, gölün kənd sakinlərinə məxsus örüş sahəsində salınması planlaşdırılır ki, bu da ekoloji vəziyyəti daha da ağırlaşdıracaq. Odur ki, etiraza əsas səbəb, məhz kənddə ikinci gölün yaradılmasına hazırlıq işlərinin görülməsi idi. Baş veən etiraz aksiyalarından sonra Azərbaycan Respublikasının Baş Naziri cənab Əli Əsədovun qərarı ilə, Söyüdlü kəndində vəziyyəti araşdırmaq üçün komissiya yaradıldı və komissiyaya tapşırıldı ki, kəndin tullantıxana sahəsində monitorinqlər aparılsın və mövcud vəziyyət qiymətləndirilsin, sakinlərin sağlamlığının və ətraf mühitin qorunması sahəsində vətəndaşların müraciətləri araşdırılsın, o cümlədən müvafiq təkliflər də hazırlansın.
Bütün bunlar qalsın bir yana, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 avqust 2022-ci il tarixli sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunan Orxan Mürsəlovun etiraz aksiyaları zamanı ortaya qoyduğu mövqe, müxtəlif telekanallara verdiyi açıqlamalar və s. bu gün də müəyyən çevrənin daha çox müzakirə etdiyi əsas mövzulardandır. Baxmayaraq ki, 26 iyul 1986-cı il tarixdə anadan olan və 2010–2022-ci illərdə Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində və Ərazi-təşkilat məsələləri şöbəsində müxtəlif vəzifələrdə çalışan bu şəxs, məhz hadisələrin gedişi zamanı özünün olduqca bacarıqsız, hazırlıqsız kadr olduğunu, həmçinin yerli sakinlərin haqlı mövqeyini müdafiə etmək əzmində olmadığını ortaya qoydu. Bir anlığa diqqət yetirək ki, RİH-nin başçısı vəzifəsini daşıyan Orxan Mürsəlov baş verən olaylarla bağlı məsələlərə münasibət bildirərkən bunları qeyd edir: “Söyüdlü kəndi ərazisində yaradılan süni göl 11 ildir ki, fəaliyyət göstərir. Bu günə qədər həmin göllə bağlı bizə heç bir şikayət daxil olmayıb. Bu gün isə sakinlər gölün fəaliyyəti ilə bağlı narazılıqlar səsləndirirlər. Səsləndirilən iddialar isə sadəcə dedi-qodu xarakteri daşıyır. Göl rəsmi olaraq fəaliyyət göstərir, heç bir qeyri-qanuni fəaliyyətdən söhbət gedə bilməz. Vaxtaşırı göl nəzarətdə saxlanılır, texnikalar vasitəsilə gölün yerləşdiyi torpaq təzələnir, lazımi işlər görülür. Biz lazım gələrsə sakinlərin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssislərinin iştirakı ilə narazılığa səbəb olan gölə baxış keçirə bilərik. Həmçinin gölün sakinlərin sağlamlığına vurduğu ziyanla bağlı səsləndirilən iddialar da əsassızdır. Bunu aidiyyəti qurumların rəsmi məlumatları da təsdiqləyə bilər. İddialara görə hamilə qadınlar gölün yaratdığı səbəblərdən doğuş problemləri yaşayırlar. Doğuş problemləri ilə bağlı problem yaşanmır. Hazırda kənddə 53 hamilə qadın var və onların bu məsələ ilə bağlı bizə heç bir müraciəti daxil olmayıb”.
Hörmətli oxucular! Hər kəs mövqeyini açıq şəkildə ifadə etsin ki, belə bir cavabların verilməsi RİH-nin başçısı vəzifəsini daşıyan şəxsə yaraşan cavablardırmı? Əsla yox! Orxan Mürsəlov rayon rəhbərliyinə təyin olunduğu gündən ötən 11 ay ərzində bircə dəfə Söyüdlü kəndində səyyar görüşünü keçirsəydi, yəqin ki, o halda sakinlər bu məsələ ilə bağlı ona çoxsaylı suallarını ünvanlayardılar. Deməli, rayonun rəhbəri olaraq bu şəxs ötən müddət ərzində Söyüdlü kənd sakinlərinin problemləri ilə maraqlanmayıb, yaxud da maraqlanmaq istəməyib. RİH-nin başçısı verdiyi açıqlamasında onu da bildirir ki, “Söyüdlü kəndi ərazisində yaradılan süni göl 11 ildir ki, fəaliyyət göstərir. Bu günə qədər həmin göllə bağlı bizə heç bir şikayət daxil olmayıb”. Orxan Mürsəlov 12 il ərzində PA-da çalışıb və görəsən o, əvvəlki vəzifələrini necə yerinə yetirib ki, ötən illər ərzində Söyüdlü kənd sakinlərinin qızıl emalı zavodunun yaratdığı fəsadlara qarşı təqribən 3-4 il bundan əvvəl etdikləri narazılıqlar haqda xəbəri olmayıb? Əgər bu şəxs PA-da işlədiyi müddət ərzində baş verənlərdən xəbəri olmayıbsa, o halda ortaya belə bir sual çıxır ki, bəs bu şəxs Söyüdlü kəndində 53 hamilə qadının olması haqda necə məlumatlı olur?
Diqqət yetirmək lazımdır ki, Orxan Mürsəlov hadisələr baş verdiyi anlarda rayonun rəhbər şəxsi olaraq Söyüdlü kənd sakinlərinin yanında olmalı olduğu halda o, bu kəndin sakinlərinə “qarşı tərəf” deyə yanaşmasını ortaya qoyur. Sual oluna bilər ki, bəs RİH hansı tərəfdir? Görəsən bu nə yanaşmadır, bu nə düşüncədir? Yəni icra başçısının düşüncəsinə əsaslansaq RİH bir tərəfdir, Söyüdlü sakinləri isə qarşı tərəfdir. O halda ortaya belə bir sual çıxır ki, ölkə rəhbəri İlham Əliyev cənabları Orxan Mürsəlovu icra başçısı vəzifəsinə təyin edərkən, bu şəxsə verdiyi tapşırıqları o, niyə teztələsik unudur? Bir xatırlamanı yada salaq ki, 24 avqust 2020-ci il tarixdə Prezident İlham Əliyev Biləsuvar və Saatlı rayon icra hakimiyyətlərinə yeni başçı təyin edərkən, ümumi şəkildə hər bir vəzifə sahibinə lazımi tapşırığını vermişdi ki, “İnsanları qıcıqlandıra biləcək addımlar atmamalısınız. Özünüzü hamıdan yuxarıda hiss etməməlisiniz. Bəzi hallarda bəzi xırda səviyyəli məmurlar özlərini elə aparırlar ki, sanki bütün dünya bunlara borcludur. Özlərini ağa kimi, xan kimi aparırlar, insanlara yuxarıdan aşağı baxırlar. Mən dəfələrlə demişəm ki, Prezident başda olmaqla, bütün dövlət məmurları xalqın xidmətçisidir. Məhz buna görə biz bu vəzifədəyik». Bəli, bu rəhbər vəzifə sahibi olan hər kəsə, o cümlədən Orxan Mürsəlova da ölkə başçısı tərəfindən verilən tapşırıqlardır. Deməli, Gədəbəy RİH-nin başçısı Söyüdlü kənd sakinlərinin etiraz aksiyası zamanı özünəməxsus yanaşmasını ortaya qoymaqla bir daha onu göstərdi ki, o, sadə kənd sakinlərinin problemlərinə əhəmiyyət verməyən rəhbər şəxsdir.
Yerlərdə dolaşan söz-söhbətlərə görə Orxan Mürsəlov vəzifəsinin icraasına başladıqdan az sonra, o, rayonda vəzifə sahibi olan bəzi şəxsləri heç bir əsas olmadan daşıdıqları vəzifələrindən uzaqlaşdırır və onların yerinə özünə bu və ya digər yollarla bağlı olan şəxsləri təyin edir. Söylənilənlərə görə RİH-nin başçısı bu yöndə atdığı hər bir addımını şəxsi maraqları təmin olunduqdan sonra atır. Deməli, ölkə rəhbərinin Orxan Mürsəlova verdiyi tapşırıqlar teztələsik unudulur ki, o, hadisələr baş verənə qədər bir dəfə də olsun ki, Söyüdlü kənd sakinlərinin problemləri ilə maraqlanmır. Yəni, “KİŞİ”nin başı “bazarlıq işləri”nə qarışır. Hələ bunlar harasıdır? Gədəbəy RİH-nin başçısı ətraf mühitə və ekologiyaya heç bir ziyan vurmadan sakinlərin istirahət etmələrinə lazımi şərait yaradan, yeni iş yerləri açmağa çalışan, bir sözlə Prezident İlham Əliyevin verdiyi tapşırıq və tövsiyyələr əsasında ölkəmizdə sahibkarlığın inkişaf etdirilməsinə dəstək vermək istəyən iş adamlarını da “gözümçıxdıya” salmaqla məşğul olur. Düşündürücü haldır ki, “məni bir az kənardan çəkin ki, heç olmasa yaxşı düşüm, eybəcər düşməyim” deyən icra başçısı, sakinlərin həyatını “söndürən” zəhərli göl yaradılarkən bir növ susqunluq edir, amma sakinlərə heç bir problem əmələ gətirməyən gölün yaradılmasında isə, sanki “əjdaha”ya dönür. Deməli, bu şəxsin başqa-başqa ambisiyaları var ki, o, bu kimi məsələlərdə belə bir yanaşmasını ortaya qoyur.
Bu haqda apardığımız araşdırmalar yekunlaşdıqdan sonra hər kəsə ətraflı məlumatlar verəcəyik.
Odur ki, bizi izləməyi unutmayın. Səslənən iddialarla bağlı qarşı tərəfin də mövqeyini dinləyə bilərik.
GundemXeber.Az
Paylaş:
Müəllif : Fuad
Tarix:12-07-2023, 09:17
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər