İctimai Səhiyyə və İslahatlar Mərkəzində satınalma qanunları belə pozulur
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi Publik hüquqi şəxsi şübhəli satınalmalar keçirməkdə davam edir. Belə ki, “İSİM tərəfindən xəstəliklərin profilaktikası, sağlam həyat tərzinin təbliği istiqamətində əhali arasında müxtəlif məkanlarda maarifləndirmə tədbir və aksiyaların keçirilməsi” üzrə 11.04.2023-cü ildə başladığı açıq tenderə yekun vurması və 03.07.2023-cü il tarixdə “Duyğu” Sosial Reabilitasiya İctimai Birliyi ilə 82.000 manat məbləğində satınalma müqaviləsinin bağlanılması barədə ötən yazıda məlumat vermişdik. Mərkəzin qalib elan etdiyi “Duyğu” İctimai Birliyinin qanuni təmsilçisinin elə İslahatlar Mərkəzinin Səhiyyə iqtisadiyyatı və tibbi sığorta şöbəsinin həkim-metodisti Rüfət Cahid oğlu Rəhimov olduğunu açıqlamışdıq. Bu qurumun son günlər keçirdiyi birinci şübhəli tender deyilmiş.
Sözügedən Mərkəz dəftərxana və təsərrüfat malları üzrə 21.04.2023-cü ildə başladığı kotirovka sorğusuna yekun vurub və “EDERTONMER LL” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 49.839,3 manat məbləğində satınalma müqaviləsinin bağlanılması barədə dövlət satınalmalarının vahid internet portalına 13.07.2023-cü il tarixdə məlumat yerləşdirib.
Keçirilmiş kotirovka sorğusu ətrafında apardığımız araşdırmalarda İslahatlar Mərkəzinin qanun pozuntusuna yol verildiyi məlum oldu. Belə ki, Mərkəzin Tender Komissiyası kotirovka sorğusunda iştirak etmək üçün müsabiqənin başlanma tarixini 21.04.2023-cü ilə, sənədlərin son qəbul tarixini 23.05.2023-cü il tarixə müəyyən etdiyi göstərilir.
İslahatlar Mərkəzinin qalib elan etdiyi “EDERTONMER LL” MMC bəs nə vaxt dövlət qeydiyyatına alınıb?
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “EDERTONMER LL” Məhdud Məsuliyyətli Cəmiyyətinin Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində 28.04.2023-cü il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ SURAXANI RAYONU, YAŞAYIŞ SAHƏSİ D (YENİ GÜNƏŞLİ QƏS.), ev 10, m. 29,qanuni təmsilçisinin isə Quliyev Ramil Zahid oğlu olduğu göstərilir.
Apardığımız ətraflı araşdırmalardan da görsəndiyi kimi İslahatlar Mərkəzinin Tender Komissiyası ciddi qanun pozuntusuna yol verib. Belə ki, Mərkəzin satınalma müqaviləsi bağladığı “ “EDERTONMER LL” MMC kotirovka sorğusunun başlanması barədə müəyyən olunan vaxtdan, yəni 21.04.2023-cü il tarixdən 7 gün sonra, 28.04.2023-cü il tarixdə dövlət qeydiyyatına alınıb.
Satınalma prosedurunun başlanmasından 7 gün sonra dövlət qeydiyyatına alınmış, maddi texniki bazasının və ixtisas göstəricilərini qeyri müəyyən olduğu bu şirkətlə dövlət sifarişini həvalə etmək nə dərəcədə qanunauyğundur. Yuxarıda qeyd etdiklərimizdən də görsəndiyi kimi Mərkəz tərəfindən keçirilmiş kotirovka sorğularında “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri kobud şəkildə pozulmuş, müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması nəzərə alınmamışdır.
Qeyd edək ki, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin satınalmalarda yol verdiyi qanunsuzluqlar bunlarla bitmir. Qurumun CDC dəstəyi ilə CoVIP Sub-Award FY23 layihəsi çərcivəsində tibb işçiləri arasında COVID 19-a qarşı immunitetin qiymətləndirilməsi və vaksinin effektivliyinin dəyərləndirilməsi üçün lazım olan tibbi material və ləvazimatların satınalması üzrə “SAPFIRON TRADE” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağladığı 14.594 manat məbləğində satınalma müqaviləsində də analoji qanunsuzluqlar təkrar olunub. Yanvar ayında dövlət qeydiyyatına alınmış MMC ilə may ayında satınalma müqaviləsi bağlanılıb.
Bunlar azmış kimi İslahatlar Mərkəzinin Tender Komissiyası İSİM-in balansında olan avtomobillərin cari təmiri üçün ehtiyyat hissələri və yağ məhsullarının satınalması üzrə keçirdiyi kotirovka sorğusunun qalibi “QAFRAN QRUP” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi “SAPFIRON TRADE” MMC-nin də qanuni təmsilçisidir. Eyni ünvanda və eyni gündə dövlət qeydiyyatına alınmış MMC-lərin qanuni təmsilçisi Almasov Rəşad Fazil oğludur.
Göründüyü kimi satınalmalarda “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri kobud şəkildə pozulmuş, demək olar ki, müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması nəzərə alınmamışdır. Odur ki, burada Mərkəzin direktoru ilə MMC rəhbərliyi arasında gizli bir bağlantı olması şübhəsizdir.
Qeyd edək ki, “İctimai Səhiyyə və İslahatlar Mərkəzi” publik hüquqi şəxsin baş direktoru Qəhrəman Haqverdiyevdir. O, bu vəzifədə 2018-ci ilin iyun ayından çalışır. Daha əvvəllər isə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində 2012-ci ildə fəaliyyətə başlamış, monitorinq və təhlil üzrə ekspert (2011-2014), Monitorinq və təhlil şöbəsinin müdiri (2014-2018) olmuşdur. Elektron media resusrslarında İctimai Səhiyyə və İslahatlar Mərkəzində çox ciddi yeyinti hallarının baş verməsi, dövlət satınalmalarından tutmuş digər nəsələlərə – tədbirlərin keçirilməsi, konfransların, seminarlarların təşkilində qanunsuzluqların hökm sürməsi, xaricdə keçirilən konfranslara, seminarlara direktor Qəhrəman Haqverdiyevə yaxın olan şəxslər getməsi, maddi mükafatların da direktorun çevrəsində olan insanlara verilməsi barədə məlumatlar var.
Aktualinfo.org
Paylaş:
Müəllif : Fuad
Tarix:17-07-2023, 09:26
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər