"Şəki Penitensiar Müəssisəsində korrupsiya tuğyan edir -ŞİKAYƏT
RegionXəbərləricom.az-a Göyçay rayonu Çərəkə kənd sakini Mütəllimov Ceyhun Tofiq oğlu tərəfindən şikayət məktubu daxil olub.Göyçay sakini Ceyhun Mütəllibov şikayətində Şəki Penitensiar Müəssisəsində baş alıb gedən korrupsiya faktlarını qeyd edib. Şikayət məktubunu olduğu kimi dərc edirik.
"Şəki Penitensiar Müəssisəsinin rəisi Fərhad Hüseynov dövlət idarəsində bazar açıb şıdırğı alver edir.Nəticədə də imkansız olan kasıb məhkumlar zülm-əziyyət çəkirlər.
5 ildən çoxdur ki, Fərhad Hüseynov Şəki Penitensiar Müəssisəsinə rəis vəzifəsinə təyin olunub.Həmin gündən müəssisədə cəza çəkən məhkumlar əziyət çəkməyə başlayıblar.
Müəssisəyə ilk daxil olan məhkum 14 günlük karantindən vaxtından əvvəl çıxmaq üçün 500 manat verməlidir, iki nəfərlik kamerada qalmaq üçün 3000 manat pul verilməlidir, istənilən vaxt yuyunmaq üçün pullu hamam 10 manat, istənilən vaxt telefonla danışmaq dəqiqəsi 5 manat, saç saxlamaq üçün ayda 100 manat, tibb məntəqəsində qalmaq üçün ayda 2000 manat, karsa düşməmək üçün 500 manat, vaxtından əvvəl ailə üzvülərinlə görüşmək 300 manat və sairə hamısına pul ödənilməlidr.
Müəssisədə fəaliyyət göstərən maqazində ərzaqlar 3 qat artıq qiymətə satılır.Misal üçün azadlıqda 1 kq kartof 80 qəpik və ya 1 manat olduğu halda müəssisədə bu qiymət 3 manat təşkil edir.Bütün ərzaqlar beləcə 3 qat artıq qiymətə satılır.Səbə isə müəssisədə məhkumlar üçün bişirilən yeməklərin mundar qoxulu zay gündə olmasıdır.Məhkumlara bişirilən yeməyi heyvan belə yeyə bilməz ancaq imkansız məhkumlar acından ölməmək üçün məcburiyyət qarşında qalıb həmin yeməyi iyrənə-iyrənə qəbul edirlər.Buna görə bir az imkanı olan məhkumlar məcbur olub müəssisənin maqazinindən 3 qat baha qiymətə satılan ərzağı alıb yeməyi özləri bişirib yeyirlər.
Müəssisəyə dövlət tərəfindən verilən ərzaq məhsullarının yaxşısı maqazində elə məhkumların özlərinə satılır.
Müəssisənin həyətində pullu kafe, bərbərxana fəaliyyət göstərir.
Korrupsiya yolu ilə qazanılan bütün çirkli pullar müəssisənin rəisi Fərhad Hüseynova çatır.
Fərhad Hüseynov korrupsiya yolu ilə əldə etdiyi kapital hesabına Bakı şəhərində çoxlu sayda ticarət obyektinə, restoranlara, bahalı avtomobillərə və möhtəşəm evlərə sahib olub.
Onun Şəki Penitensiar Müəssisəsində yaratdığı özbaşınalığa qanunsuzluğa görə məhkumların özləri və ailə üzvüləri çox əziyyət çəkirlər.
Fərhad Hüseynovun özünün törətdiyi cinayət əməllərinə görə həbs olunaraq məhkum edilib cəza çəkib islah olmasına zərurət var.
Buna görə Ədliyyə Naziri cənab Fikrət Məmmədovdan və Penitensiar xidmətin rəisi Mirsaleh Seyidovdan xahiş edirik şikayətimizi yerində obyektiv araşdırıb təcili tədbirlər görsünlər".
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq....
RegionXəbərləricom.az
Paylaş:
Müəllif : Yazar
Tarix:18-07-2023, 09:36
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər