reklam
Regionxeberlericom.az » Gündəm » Neftçalada vətəndaşın ümidi Allaha qalıb - "Yağış yağanda sevinirik..."

reklam

Neftçalada vətəndaşın ümidi Allaha qalıb - "Yağış yağanda sevinirik..."








“Yağış yağanda sevinirik. Çünki bir-iki aydır havanın yağmurlu olmasına baxmayaraq, suvarma üçün su tapmırıq”.

Meydan TV-yə neftçalalı fermer Asif Məmmədov deyir. Onun sözlərinə görə, pambığın suvarılma vaxtı problemlər yaradılır. Belə ki, Kürdə suyun səviyyəsinin aşağı düşməsi səbəbindən su nasosları işləmir. Nasoslar suyu çəkib sahələrə vura bilmir. Fermer deyir ki, təkcə pambıq deyil, qarğıdalının ikinci əkini, yonca sahələri də suvarılmalıdır.

Sabirabadın Moranlı kənd sakinləri də kənddə yerləşən Haş kanalında suyun olmadığını deyirlər. Sakinlərin sözlərinə görə, suvarılma ilə bağlı problemlərini söyləmək üçün rəsmi şəxsləri iş yerində tapmırlar.

“Susuzluqdan torpaqlarımız şoranlaşıb. Nəinki torpaqları vaxtı-vaxtında suvara, hətta içməli suya olan tələbatımızı da ödəyə bilmirik. Su problemi səbəbindən kəndlərin çoxu boşalır”,– fermerlərdən biri deyib. Bildirib ki, mənbəyini Kürdən götürən bütün kanallara elektrik nasoslarla su vurulduğu halda Haş kanalına su vurulmur. Çünki kanal standartlara uyğun çəkilməyib, nasoslar üçün quraşdırılan transformatorlar kiçik həcmli olduğu üçün 4 nasos tam gücü ilə işləyə bilmir, tez-tez qısaqapanmalar baş verir.

Moranlı Kənd Bələdiyyəsinin sədri Müzəffər Qasımov isə Meydan TV-yə bildirib ki, bir neçə gün əvvəl sahələrə baxış keçirilib və suvarma ilə bağlı problem həll olunub. Sədr digər suallara cavab vermək istəməyib.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən verilən məlumata görə, Kür çayının aşağı axımını qidalandıran ölkədaxili çaylarda suyun həcmi azalıb. Bu da Kür çayının aşağı axımında suyun səviyyəsinə təsir edib. Buna görə də Mingəçevir su anbarından buraxılan suyun həcmi saniyədə 80 km3 artırılıb. Yaxın bir neçə gün ərzində vəziyyət yenidən stabilləşəcək.





Paylaş:


Müəllif : Tarix:
20-07-2023, 08:40
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər