Həbsdə olan jurnalistin həyat yoldaşı Mehriban Əliyevadan kömək istəyir-MÜRACİƏT
Hörmətli Mehriban xanım! Diqqətinizə çatdırıram ki, həyat yoldaşım Rzayev Osman Nəriman oğlu 05 iyul 2022-ci il tarixdən Göygöl rayon prokuroru İlqar Hacızadənin və məmur dostlarının istəyilə şərlənərək qanunsuz həbs olunub. Ötən 1 il ərzində ərimin pozulmuş hüquq və azadlıqlarının bərpasına dair çoxsaylı müraciətlərimiz heç bir fayda verməmişdir. Ölkə rəhbərliyinin də gücü və marağı Göygöl rayonunun hüquq mühafizə orqanlarının özbaşınalığına, rayonumuzda tuğyan edən məmur zorakılığının aradan qaldırılmasına yetməmişdir.
Hörmətli Mehriban xanım!
Sizi də başa düşməyə çalışıram. Ola bilər ki, sizin və prezident İlham Əliyevin vaxtı yoxdur ki, vətəndaşların hüquqlarının qorunması ilə məşğul olsun. Yəqin sizin digər şəxsi və siyasi işləriniz o qədər çoxdur ki, ailəmizə qarşı Baş Prokurorluq səviyyəsində ayaq açmış hüquqi-mənəvi terror aktının varlığından belə xəbər tutmamısınız.
Məlumat üçün bildirim ki, həyat yoldaşım ömrünün 20 ilini jurnalistika fəaliyyətinə həsr etmiş, mediada çalışdığı müddətdə daim dövlətçilik və milli maraqların qorunmasına üstünlük vermiş şəxsdir. Həbsi də peşə fəaliyyətinin sıradan çıxarılmasına yönələn şər-böhtan xarakterlidir. Osman Nərimanoğlu imzası rayon prokurorunun və dostlarının yaratdığı korrupsiya maraqlarının qorunması istiqamətində təşkil edilmiş çirkin bir oyunun günahsız əsiridir.
Onu da bilin ki, mən evdar qadınam. 2 oğlan böyüdürəm. Ərimin həbsindən sonra ailəmizin dolanışıq səviyyəsi daha da ağırlaşıb. Quru çörəyə, təzə geyimə, adi gündəlik məişət qayğılarının həllinə möhtac qalmışıq. Borca-sələmə düşmüşük. Ərimə hər həftə sovqat aparmağa da artıq pul tapa bilmirik.
Rəhbərlik etdiyiniz hakimiyyətin ədalətsizliyi, yarıtmazlığı, şəxsi-maddi maraqları ucbatından günahsız bir jurnalist türmədə, ailəsi də evinin içində aclıqla, mənəvi işgəncələrlə, prokuror İlqar Hacızadənin başçılıq etdiyi dəstənin şantaj və təhdidləri ilə sınağa çəkilir.
Hörmətli Mehriban xanım!
Axı sizlər bu dövləti necə idarə edirsiniz?
Axı niyə şərait yaratmısınız ki, hüquq mühafizə orqanları rüşvət yığıb dövlət vəsaitlərini də talayan məmurları yox, onları ifşa edən jurnalisti "reket" adlandırıb həbs edir? Maraqlanın görün, etimad göstərdiyiniz Baş Prokuror Kamran Əliyev hansı marağına görə sizləri aldadır?! Kamran Əliyev nə üçün Göygöl rayonunda korrupsiya bataqlığı yaratmış prokurorun özbaşınalıqlarını vətəndaş hüquqlarından və qanunçuluqdan daha çox müdafiə edir? Niyə hələ də 5 ili tamam olmuş və təyinatından bəri 8 köməkçi dəyişmiş prokuror hələ də öz vəzifəsində saxlanılır? Bir prokuror ki, təkcə Göygöl xəstəxanasındakı maddi sümürgəçiliyə görə Vasif Əliyevlə(Göygöl rayon RMX-nın direktoru) hər gün prokurorluğun yanındakı parkda yeyib içir, DTX-nın yerli əməkdaşları bu məlumatları bilsə də dövlətdən niyə gizlədir? Prokurorun şər-böhtan kompaniyasında Osmanın yalandan üzünə duran şəxslərin 8 nəfəri məhz Göygöl xəstəxanasının işçiləridir.
Hazırda iş Gəncə Ağır Cinayətlər Məhkəməsinin icraatındadır. Ona görə də sizlərdən sadəcə bir mühüm xahişim var.
Rəhbərlik etdiyiniz Heydər Əliyev fondundan ayda heç olmazsa ailəmizə 1000 (min) manat maddi yardım göndərin ki, biz acından ölməyək. Həyat yoldaşım və ailəmiz adından sizlərə söz veririk ki, həyat yoldaşım azadlığa çıxar-çıxmaz işləyib sizə olan borcumuzu qaytaracağıq.
Paylaş:
Müəllif : Fuad
Tarix:21-07-2023, 09:02
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər