GÜNÜMÜZ, GÜZARANIMIZ. GÖMRÜYÜN VƏTƏNDAŞA MÜNASİBƏTİ
Tanınmış vəkil Aqil Layıc yazır:
Türkiyədən Trendyol vasitəsilə 1469 lirəlik (92 manat) T-shirt sifariş etmişdim. 03.06.2023-cü il tarixində rəsmi olaraq smart custom vasitəsilə bəyan etmişəm. Həmin tarixdən etibərən bağlamanı izləmək mümkün olmamışdır. Gah dedilər gəlməyib, gah dedilər, xarici anbardarır. Nəhayət dünən bildim ki, Gömrük Komitəsinin Hava Limanında olan terminalında qanunsuz olaraq 38 gün saxlanılır. Gəldim bura, deyirəm niyə saxlamısınız. Deyir bəyan edilməyib. Dərhal smart custom mobil əlavəsi ilə sübut etdim ki, bəyan edilib. İndi də mənə deyirlər ki, 82 manat artıq pul ödəməlisən. Deyirəm niyə? Deyirlır ki, kargoda 38 gün saxlanılıb, icarə haqqıdır. Bağlamanın çəkisi cəmi 380 qramdır.
Qanunsuz olaraq gömrük bağlamanı daşıyıcı şirkətə vermədiyi üçün 38 gün ərzində terminalda saxlanılıb, adını da qoyublar smart gömrük xidməti.
İnsanların zamanını, əsəbini korlayaraq edilən qanunsuzluqlar bəs deyil, hələ əsassız yerə 82 manat əlavə ödəniş də tələb edirlər.
Burdan Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırova bəyan edirəm, necə ki, Şahin müəllim, terminaldakı əməkdaşlarınıza da bəyan etdim. Həmin T-Shirt-u Sizə səmimi qəlbdən bağışlayıram, Sizin idarə qaninsuzluq etsə də, mən tam qanuni şəkildə bu qısaqol köynəyi Sizə bağışlayıram. Hər ikimiz medium geyinirik, əminəm ki, Sizə yaxşı yaraşacaq. Ən əsası bağışlamağım tam qanuni və səmimidir. Xeyirli işlərə geyinəsiniz. Əminəm ki, əyin-baş probleminiz smart custom tətbiqi vasitəsilə tam təmin edilir.
P.S. Dövlət Gömrük Komitəsinin rəsmi səhifəsi məni haqlı iradlarıma görə blok etdiyi üçün, onları tag edə bilmirəm…
Ağıllı smart gömrük xidməti ağılsızların əlində olduqdan sonra heç nə də dəyişən deyil. Əsas insan faktorudur…
ƏLAVƏM. İnsan faktoru önəmli bir amil olsa da, bu məsələdə əsas o deyil. Bu məsələdə əsas faktor siyasi idarəetmə üsuludur, hakimiyyətin xalqdan asılı olub-olmamas amilidir. Hakimiyyət seçkidən, xalqdan asılı olmayanda belə şeylər tez-tez olur, təqsirkarlar cəza almayanda harınlayır, belə olaylar normaya çevrilir. Vətəndaşın malını qanunsuz saxladıqları, gec xəbər vedikləri, vaxtını alıb, əsəblərini qıcıqlandıqları üçün üzr istəmək, cəriməsini ödəmək əvəzinə, hələ əlavə pul da istəyirlər. Qqudurğanlığın, arsızlığın dərəcəsinə baxın!...
Almaniyada gömrük işçiləri vətəndaşın başına belə bir iş gətirsəydi, istehlakçıların hüquqlarını müdafiə təşkilatları Gömrüyü məhkəməyə verib alaşalvar eləmişdilər. Bilirəm, Azərbaycan Almaniya deyil, bizdə məhkəmə də yoxdur, elə təşkilatlar da. Bir-iki yalançı, sırtığ da TV-lərdə deyir ki, "Almaniya dağılırr!". Ona görə də bu gündəyik...
SÖZARDI. Dəyərli dostlar! Postu oxuyub əsəbiləşsəz, qəzəblənsəniz də, hirs, qəzəb işarələri qoymayın, pls. Qəzəbiniz mənə deyil ki? Qəzəbiniz zülm edənlərə, dəstək olanlara, cinayət törədənlərə, bizi susdurmaq istəyənlərə, yalan danışanlaradırsa, posta dəstək verin. Qəzəb işarələri yazılanın ziyanınadır.
Paylaş:
Müəllif : Fuad
Tarix:21-07-2023, 10:44
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər