Hafiz Hacıyevin gömrükdə işləyən oğlunun tikilməkdə olan milyonluq obyekti narazlıq yaratdı - VİDEO
Dünən Bakı şəhəri Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsində, “Eurohome” tikinti materiallarının satış mərkəzinin qarşısında naməlum obyekt tilməsi ilə bağlı yazı dərc etmişdik.
Ərazidə fəaliyyət göstərən kiçik sahibkarların bildirdiyinə görə, obyekt rayon ərazisindən keçən əsas su boru xəttinin demək olarki üstündə inşa edilir. Həmçinin tikinti ərazisinin 1 metrliyində dövlət əhəmiyyətli bir neçə kabel xətti keçir.
Tikinti zamanı əsas su boru xəttinin zədələndiyi və su sızması baş verdiyi bildirilir. Bundan başqa obyektin tikinti standratlarına cavab vermədiyi iddia edilir.
Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin inşa edilən obyektlə bağlı tədbir görəcəyinə ümüdvar olduğmuzu bildirmişdik hətta ərazi yerindən qısa video da təqdim etmişdik.
Hurriyyet.Az xəbər verir ki , sözü gedən nəməlun obyektin Müasir Müsavat partiyasının sədri Hafiz Haciyevin gömrük orqanlarında çalışan oğlu Raul Hacıyevə məxsus olması məlum olub.
Raul Hacıyev hər gün sözü gedən ərazidə görünərək, tikintiyə nəzarət edir və ustalara göstərişlər verir. Hətta məsələ ictimailəşəndən sonra hadisə yerinə aidiyyatı təşkilatlar dərhal gələrək, yoxlamalar aparıb.
Gələn yoxlama Raul Haciyevə, obyektin 2-3 metrliyindən keçən ana su xəttinin ətrafını dərhal betonlayıb həmçinin hasarlamasını məsləhət görüblər. Bildoriblər ki, media nümayəndələri gəlib, görməsin və çəkiliş apararkən qanunsuzluqlar kadrlara düşməsin.
Ərazidə fəaliyyət göstərən kiçik sahibkarlar bildirirlər ki, sözü gedən obyektin tikintisi ətraf üçün açıq-aşkar təhlükə yaradır və onların iş faliyyətinə mane olur. Sahibkarlar aidiyyatı qurumlardan təhlükəli tikintinin dayandırılmasını xahiş edirlər.
Paylaş:
Müəllif : Fuad
Tarix:22-07-2023, 11:55
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər