Ölən və yaralanan hərbçilərimizin kimliyi bilindi - Yenilənib
Hərbi Prokurorluq hadisə ilə bağlı məlumat yayıb.
Qurumun Mətbuat xidmətinin rəhbəri Firad Əliyev məsələ ilə bağlı bildirib:
"Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə məxsus "Maz" markalı avtomobilin 22 iyul 2023-cü il tarixdə qəzaya uğraması, hərbi qulluqçular baş əsgər Əliyev Emin Eldəniz oğlunun ölməsi və leytenant Hüseynov Əli İlyas oğlunun müxtəlif dərəcəli bədən xəsarətləri alması faktı ilə əlaqədar Kəlbəcər hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb və digər hərəkətlər icra edilib.
Hazırda Kəlbəcər hərbi prokurorluğunda araşdırma davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır".
***22:57, 22 iyul
Kəlbəcər rayonu ərazisində içərisində hərbçilərin olduğu avtomobil qəzaya uğrayıb.
Bu barədə "Qafqazinfo" məlumat yayıb.
Bildirilib ki, dağlıq ərazidə avtomobilin aşması nəticəsində 1 hərbçimiz həlak olub, daha bir hərbçi isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə barədə əlavə məlumat veriləcək.
Araşdırma aparılır.
Paylaş:
Müəllif : Fuad
Tarix:23-07-2023, 11:34
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər