reklam
Regionxeberlericom.az » Gündəm » `Sultan` MTK sakinlərə RƏİYYƏT GÖZÜNDƏ BAXIR... - BU NƏDİ BELƏ?

reklam

`Sultan` MTK sakinlərə RƏİYYƏT GÖZÜNDƏ BAXIR... - BU NƏDİ BELƏ?









Mənzil tikintisi respublikamızın şəhər və iri yaşayış məskənlərində uzun illərdir ki, geniş vüsət alıb.İnsanların mənzil tikintisinə olan tələbatının ödənilməsi dövlətin xüsusi diqqət mərkəzində saxlanılır.Tələbat isə çox böyükdür və dövlətimiz onun həll edilməsindən ötrü özəl tikinti sektorunun xidmətindən faydalanmağı qarşıya məqsəd qoymuşdur.Bu istiqamətdə uzun illərdir ki , məqsədyönlü fəaliyyət göstərilir.Lakin təəssüflər olsun ki, öz borcunu vicdanla yerinə yetirən şirkətlərlə yanaşı insanların səbr kasasını daşıran işbaz dəstələri də yox deyildir.Belələri adamların inamından sui- istifadə edərək onların hüquqlarını nəinki pozur tapdalayır, özbaşnalıq edərək qanunsuz gəlir əldə etməyə çalışır, qısaca desək hərki -,hərkilik edir, qayda -qanun tanımaq istəmirlər.

Bu sırada adı birincilərdən biri kimi qeyd olunan “Sultan”Mtk barədə danışmaq yerinə düşərdi.

Şirkət respublikamızın müxtəlif ərazilərində hündürmərtəbəli binaların tikintisi ilə məşğuldur.

Xırdalan və Sumqayıt şəhərlərində şirkətiin fəaliyyəti xüsusilə geniş əhatə dairəsinə malikdir.İnşa edilən 15-21mərtəbli binaların reklamı diqqət mərkəzində saxlanılır.Tərif nə tərif, adamları cəlb eləmək üçün nələr demirlər?Qazı, suyu, istilik və lllift sistemlərinin tərifinə tərif çatmaz.Guya da çıxarış da verilir

Amma yerində tanış olanda görürsən ki, yaxşı yaxşı heç nə yoxdur sadaladıqlarında.Keyfiyyətsiz tikintidən şikayətlənən kim, 10 ildən bəri sənədlərini ala bilməyən kim, yalan vədlərlə aldadılan kim… İnsanlar beziblər əllərindəm.Müxtəlif instansiyalara müraciət olunsa da, heç bir nəticəsi hələ də yoxdur.Sumqayıtda Nəriman Nərimanov küçəsində şirkətinin tikdiyi bina on il əvvəl kəm-kəsirlə istismara qəbul olunub.Çatışmazlıqların tezliklə aradan qaldırılmasına söz verilsə də yerinə yetirilməyib.

Artıq 20 il keçməsinə baxmayaraq sakinlərin payçı -mükiyyətçi, saglam yaşayış hüquqları sosial təcavüzə məruz qalıb.Onlar müxtəlif icra strukturlarına müraciət ediblər, əllərində məhkəmə qətnaməsi olanlar da var.Amma nə xeyri, hörmətli icra başçısının göstərişinə də məhəl qoyan yoxdur.Vətəndaşlar qarşıdurmaya, provakasiysya cəlb edilir, müqavilə öhdəlikləri yerinə yetirilmir.

Mənzillərin özəlləşdirilməsi üçün verilən sənədlərə görə pul tələb olunur.Mənzil mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin yaradılmasına mane olunur.Mtk-nın ləğv edilməsi, idarəetmənin sakinlərə verilməsi, əmlaka sərəncam hüquqları kobudcasına pozulur.

Sakinlərdən kommunal adıyla pul toplayıb saxta qəbzlər verirlər.

Vaxtaşırı lift pulu verməyənləri liftdə saxlamaqla cəzalandırırlar.Binaya sahiblik edən Tahir Abbasov 3 aydan bir lifti dayandırır.700 manat verməyəni liftdə “girov”saxlayır.

Su, qaz, işıq sayğaclarına, çıxarışa görə qanunsuz olaraq pul tələb olunur.

Bina sakini Aytac Əliyeva belə bir duruma düşüb.Liftdən telefonla baş verənlər barədə anasına məlumat verir.Deyir ki, Tahir Abbasov ondan 700 manat lift pulu tələb edir.Vermədiyinə görə başına bu oyunu açır.Üz tutmadığı ünvan Tahir Abbasovun “Sultanlıq”iddiasının qarşısına hələ ki, sədd çəkən tapılmayıb.Deyəsən axı bu xəmir hələ çox su aparacaq.

PS: Mövzunu diqqətdə saxlayacağıq //aktualxeber.az//




Paylaş:


Müəllif : Tarix:
26-07-2023, 12:23
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər